Литмир - Электронная Библиотека
A
A

1441-ci ildə - Qaraqoyunlu dövlətinin zamanında indiki Eçmiədzin ərazisinə Sisdən ermənilərin kilsəsi köçürülür. Sənədlərin birində göstərilir ki, ermənilər bu köçürülmənin əleyhinə olublar. Çünki o vaxtkı sənədlərdə Qərbi Azərbaycanda ermənilərin kompakt yaşadıqları bir şəhərə, ya da bir kəndə rast gəlinmir. Buna görə də ermənilər bələd olmadıqları əraziyə köçürülməsinə etiraz edirlər. Lakin Qriqoryan kilsəsinin rəhbərlik etdiyi bu köçürmə siyasəti zorla da olsa həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, dini təriqətlər içərisində ən təcavüzkarı, cinayətkar struktura malik olanı erməni Qriqoryan kilsəsidir. Bu gün də ermənilərin qondarma “Böyük Ermənistan”ın bütün ideoloji, iqtisadi, siyasi və digər sahələrini idarə edən və ona nəzarət edən də həmin kilsədir. Məhz buna görə də I Şah Abbas Eçmiədzin kilsəsini ləğv etmək istəyir. Lakin ermənilər vəsait toplayaraq bu tədbirin qarşısını alırlar.

Şah Abbas İsfahan yaxınlığında Culfa adlı şəhər saldırır və ətrafda olan bütün erməniləri ora köçürür. Təxminən 1678-ci ildə erməni tacirlərinin birgə yığıncağında (həmin yığıncağa erməni kilsəsinin katalikosu Akop başçılıq edirdi) onlara ömək etmək üçün Avropa dövlətlərinə müraciət etmək qərarına gəlir. Bu qərarla 12 erməni tacir yola düşür, istanbula çatanda başçıları ölür, qalanları, o cümlədən biraz əvvəl bəhs etdiyimiz İsrail Orli erməni Qriqoryan kilsəsinin tapşırığı ilə rus çarı I Pyotrla görüşür. Bu hadisə 1701-ci ildə baş verir. İ.Orli Pyotrla görüşdükdən sonra 21 il ərzində bütün Qafqazı gəzir, ermənilərin yaşadıqları İran və Osmanlı Türkiyəsi ərazilərini dolaşaraq bütün erməniləri toplayıb Azərbaycan Səfəvi dövlətinə yönəltmək üçün cəhdlər edir.

Təəssüflər olsun ki, Səfəvi hökmdarı Şah Məhəmməd Hüseynin dövründə bu dövlət getdikcə zəifləyir. Erməni müəllifləri yazır ki, 1721-1722-ci illərdə əfqanların Səfəvilərə qarşı qaldırdıqları üsyanların kökündə məhz erməni fitvası dururdu. I Şah Abbasın dövründə ermənilərə böyük imtiyazlar verilmiş, bu məqsədlə 43 fərman imzalanmışdır. Lakin sonralar erməni müəllifləri bu fərmanları fars dilindən erməni və rus dillərinə tərcümə edərkən qəsdən təhriflərə yol verirlər. Təəssüf ki, tarixçilər və tərcüməçilər Avropa və Rusiyanın arxivlərində saxlanılan həmin tərcümələrə istinad etməli olurlar. Beləliklə, 21 il ərzində Qafqaz barədə toplanan məlumatlar I Pyotra təqdim olunur.

1722-ci ildə Pyotr Dərbəndə gəlir, lakin yerli əhali olan türklərdən qorxaraq, ermənilərə verdiyi vədi yerinə yetirmədən geri dönür. I Pyotrla sövdələşmədən sonra erməni qoşunları Azərbaycanın şimal hissələrində toplanaraq rus qoşunlarının Azərbaycana soxulmasını gözləyirdilər ki, birləşib əraziləri ələ keçirsinlər. Ermənilərin paytaxtı isə Xaçmaz rayonu ərazisində olan Niazoba qəsəbəsi olmalı idi. 1724-cü ildə I Pyotr ermənilərin Rusiya ərazilərinə köçürülməsi barədə fərman imzalayır. Sonra bağlanan 1813-cü il Gülüstan və 1828-ci ildə bağlanan Türkmənçay müqavilələri ermənilərin köçürülməsi üçün hüquqi sənədə çevrilir. Ortaya belə bir məntiqi sual çıxır: əgər Azərbaycan torpaqları ermənilərə məxsus idisə, onların köçürülməsi ilə bağlı maddələrin bu müqavilələrə salınmasına nə ehtiyac vardı? Ermənilərin Cənubi Qafqaza köçürülməsi məsələsi bütün dövrlərdə rusların xarici siyasətində əsas xətt olub. Ona görə də 1804-1813, 1826-1828-ci illərdə 1-ci və 2-ci Rusiya-İran müharibələrindən, I Aleksandr və I Nikolayın dövrlərindən sonra I Pyotr tərəfindən əsası qoyulmuş köçürmə siyasəti reallaşdırılmağa başlayır. Rusya Qafqaz xalqları içərisində özünə müttəfiq tapa bilmədiyindən İran və Türkiyə ərazilərində yaşayan xəyanətkar erməniləri müttəfiq seçir. Bütün dövrlərdə ermənilər Azərbaycanda baş verən bütün soyqırımıların, faciələrin, xəyanətlərin başında dayanıb. Bu proseslərin gedişi rus yazıçıları Qlinkanın, Mayskinin, Şavrovun, Veliçkonun, həmin vaxtlar İranda səfir işləyən Qriboyedovun əsərlərində də öz əksini tapmışdır. Təkcə Türkmənçay müqaviləsindən sonra İrandan 40 min, Türkiyədən isə 84 min erməni Naxçıvan, İrəvan, Zəngəzur xanlıqlarına və Qarabağ ərazilərinə köçürülür. Onların daha çox hissəsi isə İrəvan xanlığı ərazisində yerləşdirilir. Ermənilərin əsas məqsədi Xəzər dənizi sahillərində yerləşmək idi. Ermənilərin həmin ərazilərə köçürülməsi hərbi-strateji cəhətdən Rusiya üçün əlverişli deyildi. Rusiya Azərbaycanla Türkiyə ərazisində sədd yaratmaq üçün erməniləri Naxçıvan ərazisinə köçürürdü.

1828-ci il mart ayının 21-də növbəti bir cinayətkar qərar qəbul olunur. İrəvan və Naxçıvan xanlıqları ərazilərində erməni vilayəti yaradılır. Bu vilayət düz 20 il – 1849-cu ilə qədət mövcud olur. Həmin illərdə İranda səfir işləyən Qriboyedov I Nikolaya ünvanladığı məktubda yazırdı: “Əlahəzrət imperator, yadınızdan çıxarmayın ki, erməniləri Rusiya imperiyasının daxili ərazilərinə köçürmək olmaz. Çünki az sonra sizdən torpaq iddiası edəcəklər...”

XI əsrdə tərtib olunmuş Qafqaz Qrafik Komissiyasının sənədlərinə əsasən həmin illərdə yerli əhalinin sayı 63 faiz təşkil edirdi. Erməni vilayəti özünü doğrultmadığından 1849-cu ildən İrəvan quberniyası adlandırılır. Bu ad isə 1939-cu ilə qədər mövcud olur. Məhz bu tarixdən sonra ermənilər onun adını Yerevan qoydular. Beləliklə, 1849-cu ildən 1918-ci il may ayının 29-na kimi İrəvan azərbaycanlıların yaşadıqları qədim yurd yerləri olub və bu İrəvan xanlığı ərazisində mərkəz rolunu oynayırdı. 1801-ci ildən 1828-ci ilə kimi çar Rusiyası nə qədər çalşsa da, bu şəhəri ala bilməmişdi. Bu işlərə komandanlıq edən general Sisyanov İrəvan xanlığı ərazisində yaşayan ermənilərə yazırdı ki, biz sizə inanmırıq, çünki sizin xislətinizdə xəyanətkarlıq var. 1931-ci ildə Şaxtin adlı bir rus müəllifinin çap etdirdiyi “Daşnaksütyun partiyası rus ağqvardiyaçılarının və ingilis komandanlığının xidmətində” adlı kitabında ermənilərin 1818-1820-ci illərdəki xəyanətkarlığı əksini tapıb. Sonralar bu kitab Mikoyanın göstərişi ilə keçmiş ittifaqın kitabxanalarından yığışdırılmışdı. Lakin tarixçilər çətinliklə də olsa, həmin kitabın bir nüsxəsini Moskvanın Lenin kitabxanasından əldə edib.

1918-ci il may ayının 14-də Batumidə Osmanlı Türkiyəsi ilə danışıqlar başlandı. Bu danışıqlarda erməni və gürcü nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Şurasının üzvləri M.Ə.Rəsulzadə və xarici işlər naziri vəzifəsini yerinə yetirən Məmmədhəsən Hacınski iştirak edirdilər. Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra Milli Şuranın mayın 29-da keçiriləcək üçüncü iclasında gündəlikdə duran məsələlərdən biri İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi idi. Həmin il may ayının 14-də Erməni Milli Şurası üzvləri Azərbaycan Milli Şurasına müraciət etmişdi. Danışıqlar zamanı ermənilər Azərbaycan Milli Şurasının nümayəndələrindən şifahi olaraq İrəvanın güzəştə gedilməsinə razılıq alırlar. Azərbaycan tərəfi onlara şərt qoyur ki, müharibəni dayandıracaqlar, Qarabağdan, Naxçıvandan və Zəngəzurdan imtina edəcəklər, gələcəkdə mehriban qonşuluq şəraitində yaşayacaqlar. Həmin toplantıda bu şərtlər çərçivəsində İrəvan ermənilərə güzəştə gedilir. Orada ermənilərə ultimatum verilmişdir. Fətəli Xan Xoyski M.Hacınskiyə yazdığı məktubda göstərir ki, ermənilər bizim ultimatumumuzu qəbul etdilər. Həmin sənəddə İrəvan şəhərinin güzəştə gedilməsinin tarixi bir zərurət və tarixi bir bəla olduğu da göstərilir. Əslində isə hər hansı bir tarixi şərait ölkə rəhbərlərini belə bir addım atmağa sövq etməməlidir. Çünki torpaq rəhbərlərin deyil, millətindir. Onlar ermənilərin çox hiyləgər və təcavüzkar tayfa olduqlarını bilməli idilər. Axı ermənilərlə təmasda olan başqa xalqlar qısa vaxtda onları tanıyırdılar.

Bir haşiyə çıxaq ki, Rusiya Dövlət Dumasında Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov idilər. İsmayıl xan Ziyadxanov Dumada ilk tarixi çıxışı belə idi: “Biz bura məmləkətimizdə, Vətənimizdə insan cəsədlərinin üzərindən, qan dəryasından keçib gəlmişik. Bizim torpaqlarımıza yüz il bundan əvvəl təcavüz olunmuşdur, xalqımız parçalanmışdır. Bizə qarşı soyqırımları tətbiq edibsiniz. Bizim ərazimizdə kəndlilərin əlindən torpaqlarını alıb köçürülən rus kənlilərinə verirsiniz.O torpaqların taleyini özünüzə bağlayırsınız. Və bizə ali məktəblərdə oxumaq qadağan olunub. Azərbaycan xalqına dövlət idarəçiliyində işləmək yasaq edilib...”

62
{"b":"614716","o":1}