Литмир - Электронная Библиотека
A
A

Qarabağ mövzusu ilə bağlı ədəbiyyat tarixində gahdan Baxtiar Vahabzadə “Qarabağ Atı”ndan söz açaraq “1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı - "Zaman" hədiyyə göndərilmişdi” deyə yazir :

Cıdır düzü...

Sinəsində at oynaqlar,

Cıdır düzü -

İgidliyin arayışı -

Üstündə də nal ləpiri möhür bağlar.

Qarabağın cins atları -

hünərimin kişnərtisi,

Toppuzların gurultusu,

Qılıncların parıltısı,

Neştər səsi! …

Bəxtiarın həmin şerinin davaminda qarabağ və ona aid olan hər nə varsanı Təqdis olunur və qarabağın atı "Qırat" və "Dürat"la müqayisə olunur:

"Qırat", "Dürat"

İndi nədir?

Ekzotika, eksponat!

Dövrümüzdə nə deməkdir

Kral, ya da kraliça? ...

Bu kimi şerlərin ədəbi özəlliklərini danmayaraq onları Vətənə və Yurda və onlara fəxr etməyə ayid görməklə belə, ancaq onları Müqavimət Şeri kimi hesab etmək olmur niə ki xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, və bu şerin müəllifələrindən olan digər kompunentləri onda görmək olmur.

Ancaq Qarabağ Məsələsinə ayid şerlərdə ən aydın nümunələr də gözə çarpır ki, həmin şerlərdə şair azadəlik və cövmərdlikdən danışaraq, dünyəvi və dini bir monoloqla danışıb, Dünya ilə dialoqa Başlayır.

Şübhəsiz bu şerlərin ən aydın nümunəsini Baba Pünhanın şerində görmək olur. Pünhan və Sayirə bu kimi şairlərin şerlərindən nümunələrin bu kitabda verilməsi üzrə, burada yalnız babadan bir şerin bir parçasını verir və bu ön sözə son qoymaq qərarına gəlirəm.

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,

Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,

Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

... Belə sırlı və müəmmalı gedişnən, Pünhan,

Ümüd Allahadır ancaq, Qarabağ getsə əgər.

Qarabağ şerinin Müqavimət kompunentlərinə malik olan hissəsi ürək yandırıcı və zəfəri əldə etməkdən sarı döyüşə girməyə çağırandır. Bir dinləyin Qəşəm Nəcəfzadəni :

Mən bilmirəm axşam nədi, gün nədi?

Qız- gəlinin əsir- yesir gündədi.

Şuşam getdi, bir balam var, dinmədim,

Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,

Bu düşmənlər səni elə bölüb ki ...

İndən belə şer vaxtı deyil ki,

Bu şeri yazan ölsün, ay Vətən!

Yaxud Nərmin Kamalın “Simptomlar” şeri :

… yumurta əvəzinə yumurta tozu

süd əvəzinə süd tozu şorba əvəzinə şorba tozu

yeyilən bu günlərdə

kim ki İsrailin bayrağını nəcisə soxur

gözümün dostudur

amma bizim kəşfiyyat kimi çəpiş məxluq yoxdur

dostunu düşmənini ayırmır

İsraillə tərəfdaşlıq qurur.

Bu məqalə bir kitabin ön sözündən seçilmiş bir hissə olaqaq həmin kitab, qarabağ müqavimət şerindən söz açır və onunla bərabər həmin janrın digər nümunələrindən isə təqdim edir.

Son Söz dahi Rəhbər Ayətullah Xamneyinindir ki : “QARABAĞ İslam Torpağıdır”.

Qarabağın Azadlığı Ümidi ilə.

Nərmin Xanməmmədova

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ QAÇQINLAR PROBLEMİ: HÜQUQİ SƏNƏDLƏR VƏ ONLARIN TƏHLİLİ

XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən Cənubi Qafqaza - Azərbaycan torpaqlarına köçürülmüş ermənilər azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev - eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. 1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.[69]

1917-1920 illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan (hazırda Ermənistan adlanan ərazidən), həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problemlərdən biri – qaçqınlıq məsələsi idi. Erməni qəddarlığı nəticəsində 1918-1920 illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın meydana gəlmişdir.

Mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yoluxucu xəstəliklər, ermənilər tərəfindən soyqırımına məruz qalan türk-müsəlman əhalinin öz tarixi vətənlərindən didərgin düşüb Azərbaycan Xalq Cümhuriyyətinə pənah gətirməsi və s. sosial vəziyyəti xeyli çətinləşdirdi. Belə ağır şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinın Parlamenti və Hökuməti dərhal qaçqınlara dair təxirəsalınmaz tədbirlərə başladı.

Problemin vacibliyi nəzərə alınaraq hələ üç müstəqil respublika yaranana qədər Azərbaycanda qaçqın və köçkünlərlə iş bilavasitə Müsəlman Milli Şurasının qaçqın şöbəsi tərəfindən aparılırdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra qaçqınlara kömək etmək üçün 1918-ci il iyunun 7-də Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 2-ci hökumət kabinəsi Gəncədə fəaliyyət göstərərkən Müsəlman Milli Şurası nəzdindəki qaçqın şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyini təsis etdi. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Səhiyyəsi və Himayədarlıq naziri təyin edildi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıda fəaliyyətə başlayan zaman 1918-ci ilin sentyabr ayında bu nazirlik əsasında 2 yeni nazirlik yaradıldı: Xalq Səhiyyə nazirliyi və Himayədarlıq nazirliyi. Qaçqınlar problemi ilə Himayədarlıq nazirliyi məşğul olmağa başladı.[70]

Azərbaycanda qaçqınların problemləri ilə Cümhuriyyətin ilk parlamenti hesab olunan Müsəlman Milli Şurasının qaçqınlar şöbəsi də məşğul olurdu. Milli Şuranın Tiflisdə keçirilən sonuncu iclasında (1918-ci il, 13 iyun) İrəvandakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əlaqədar İbrahim ağa Vəkilovun çıxışından sonra:

- nümayəndələr vasitəsilə İrəvandakı qaçqınlara paylamaq üçün təcili pul vəsaiti göndərilməsi;

- Erməni Milli Şurasından imkan daxilində aclıq çəkən müsəlmanlara ərzaq yardımı göstərməsi;

- türk hərbi hissə komandanlığından İrəvan qaçqınlarına ərzaqla kömək etmək və müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına köməklik göstərmələri qərara alındı.[71]

Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi Gəncədə olarkən, artıq qaçqınların problemlərini həll etmək üçün dərhal işə başladı. 1918-ci il iyunun 23-də Cavanşir qəzasına tibb işçilərinin göndərilməsi haqqında Müvəqqəti hökumətin qərarı ilə Himayədarlıq nazirinə Cavanşir qəzasına dərhal əhali arasında yayılmış xəstəliyin təbiətinin dəqiq müəyyən edilməsi və epidemiyanın aşkar edildiyi təqdirdə vaxtında qarşısını almaq üçün tibbi nümayəndələri göndərmək, qaçqınları təcrid etmək, onları sığınacaq və yeməklə təmin etmək üçün müvafiq tədbirlərin görülməsi haqqında təlimat verilir.[72]

1918-ci il iyulun 13-də “Qaçqınlara köməyin təşkil edilməsi barədə qanun”la Xalq Səhiyyəsi nazirinə dərhal qaçqınların vəziyyətinin mümkün qədər geniş şəkildə təşkil edilməsi üçün ən güclü addımların atılmasına, qida məhsulları ilə düzgün təchizatına, xəstəxanaların qurulması və qaçqınların yerləşdirilməsinin qayğısına qalmaq; ehtiyac olduqda müstəqil fəaliyyətə, yaxud xeyriyyə cəmiyyətləri və digər ictimai təşkilatların qismində yerli əhalini çağırmaq haqqında təlimat verilir. Qanuna görə, qaçqın təşkilatlarının xərcləri Xalq Səhiyyəsi nazirliyinin sərəncamında olan qaçqınlara ayrılmış hesabdan ödənilirdi.[73]

49
{"b":"614716","o":1}