Tokio Universitetinin professoru Kimitaka Matsuzato əsasən tanınmamış respublikaları araşdırdığına görə Dağlıq Qarabağın tanınmamış, qondarma rejiminə daha çox diqqət ayırır. Bu baxımdan Azərbaycanın mövqeyi ilə üst-üstə düşməyən yazıları və çıxışları mövcuddur. Qondarma rejimin təsiri az da olsa hiss olunur. Lakin müharibənin həlli ilə bağlı onunla söhbətimiz olan zamanı (2015-ci il Oktyabr) o, qeyd etmişdi ki, əgər hazırki vəziyyət davam etsə münaqişənin hərb yolundan başqa həlli düşünülə bilməz. Və əgər müharibə olarsa bu dəfə Azərbaycanın qazanması daha real görünür. Çünki Ermənistanın əhalisi azalır. Azərbaycanda isə artım müşahidə olunur. Hərbi büdcə və güc baxımından da Azərbaycan Ermənistanı üstələyir. Qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişir.
Kimitaka Matsuzatonun Rusiyanın hərbi müttəfiqi olan Ermənistana və eyni zamanda Azərbaycana silah satması ilə bağlı mövqeyi də maraqlıdır. O qeyd edir ki, Ermənistan buna görə Rusiyaya şikayət etdikdə, Rusiyanın cavabı belə olur: “Siz (Ermənistan) hərbi müttəfiqimiz olduğunuza görə sizə ucuz satırıq, Azərbaycan isə adi müştəri olduğuna görə ona baha satırıq”. Təbii ki, bu məsələ Ermənistanı narahat etməyə bilməz. Və bu bir növ hərbi müttəfiqinə qarşı inamsızlıq yarada bilər. Eyni zamanda, Azərbaycanın artan iqtisadi və siyasi gücü, Rusiya ilə olan xoş münasibətləri fonunda bu gerçəkləşir.
Azərbaycanın mövqeyinə daha yaxın hesab edilən Hirose Youko isə 2005-ci ildə çap etdirdiyi “Keçmiş Sovet regionu və münaqişələr: neft, millət, terrorla bağlı geosiyasətşünaşlıq” kitabında Azərbaycana və Dağlıq Qarabağ probleminə çox yer ayırmışdır. O kitabında qeyd edir ki, İran şiə dövləti olmasına baxmayaraq Azərbaycanı deyil, Ermənistanı dəstəkləyir. Bunun fonunda İranın Şimali və Cənubi Azərbaycanın birləşməsindən çəkinməsi faktorunun dayandığını qeyd edir.
Eyni zamanda 1918-ci ildə ermənilər və ruslar tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqrıma da toxunur. Məhz bu soyqrımdan sonra azərbaycanlıların ermənilərə qarşı neqativ hissinin yarandığını, eyni zamanda “Azərbaycançılığın” daha da geniş vüsət almasına səbəb olduğunu vurğulayır.
O qeyd edir ki, ermənilər hər zaman Dağlıq Qarabağa sahib olmaq iddialarında olmuşlar. Lakin 1921-ci ildə Qars müqaviləsinə görə bu region rəsmən Azərbaycanın ərazisi kimi qərara alınır. Lakin ermənilərin bu regiona olan iddiaları durmaq bilmir. Ölkələrin sərhədləri bəlli olduqdan sonra belə ermənilərin təkcə Dağlıq Qarabağa deyil, Naxçıvana olan iddiaları da qələmə alınır. Bu iddiaların arxasında “Böyük Ermənistan” düşüncəsinin durduğunu, “dənizdən dənizə” yəni Qara dənizdən Xəzər dənizinə qədər olan bütün ərazilərin erməni torpaqları olması kimi xülyaların əsas rol oynadığını qeyd edir.
Bundan əlavə Azərbaycanın və Ermənistanın Rusiya, ABŞ və Fransa ilə münasibətlərinə toxunan Hirose qeyd edir ki, Rusiya ilə Ermənistanın münasibətləri hər zaman sıxdır. Ermənistanın Dağlıq Qarabağ müharibəsi zamanı Rusiyadan külli miqdarda silah və hərbi kömək aldığı vurğulanır. Azərbaycanın isə müstəqilliyi əldə etdikdən sonra münasibətlərin gərgin olması, bir müddət Azərbaycanın MDB-dən çıxması yazılsa da, son zamanlar münasibətlərin gözəçarpacaq dərəcədə normallaşması qeyd olunur.
ABŞ-la münasibətlərə toxunan Hirose, ABŞ-da çoxlu sayda ermənilərin olduğunu, onların əksəriyyətinin zəngin olmaqla yanaşı, lobbi fəaliyyətini davam etdirdiyini və buna görə də Ermənistanın dünyada ən çox yardım aldığı 2-ci dövlətin məhz ABŞ olduğunu vurğulayır. Dağlıq Qarabağda qurulmuş qondarma rejimin də birbaşa ABŞ-dan yardım aldığı qələmə alınmışdır.
Azərbaycanla ABŞ münasibətlərindən yazan Hirose, ABŞ-da olan erməni lobbisinin təsiri ilə Azərbaycanla münasibətlərin xoş olmadığını, bir müddət bu ölkəyə qarşı iqtisadi sanksiyaların tədbiq edildiyini yazır. Bununla belə, ABŞ-ın Azərbaycanla neft sahəsində əməkdaşlıq etmək istədiklərini və ABŞ-ın neft sahəsinin adamları eyni zamanda yəhudi icması tərəfindən Azərbaycanın dəstəkləndiyini vurğulayır.
Hər iki ölkənin Fransa ilə münasibətlərindən yazan Hirose, onu da bildirir ki, ABŞ-la olduğu kimi Fransa ilə də Ermənistanın çox sıx əlaqələri var. Burada yaşayan zəngin ermənilərin lobbi fəaliyyətinin nəticəsində. Azərbaycan isə Fransanın açıq-aşkar ermənipərəst mövqeyini qətiyyətlə qınayır və onun əvəzinə Türkiyənin ATƏT-in Minsk qrupuna həmsədr olmasının tərəfdarı olduğunu bildirir.
Hirose kitabında onu da qeyd edir ki, Dağlıq Qarabağla bağlı yazılmış ingilis dilli ədəbiyyatlarda neytral mövqedən məsələni araşdıran yazılar çox azdır. Bunun xaricdə olan erməni lobbisi ilə birbaşa əlaqəsinin olduğu qeyd olunur.
Erməni lobbisinin təsiri ilə yazılmış ingilis dilli əbəbiyyatların elm dünyasında geniş yayılması isə əslində çox böyük bir problemdir. Düşünürəm ki, Azərbaycan tərəfi olaraq, ingilis dilində Azərbaycanın mövqeyini tamamilə ortaya qoyan səviyyəli elmi yazılara böyük ehtiyac vardır.
Üçüncü tərəflərin, üçüncü şəxslərin elmi yazıları çox vacibdir. Yəni nə erməni nə də azərbaycanlı olmayan hər hansısa digər bir millətin, dövlətin nümayəndəsinin yazdığı yazılar hər zaman yüksək qiymətləndirilir. Bu baxımdan düşünürəm ki, xaricdə olan diaspor təşkilatlarımız və nümayəndələrimiz öz büdcələrində bu istiqamətə yer ayırmalıdırlar. Düzgün məlumatı çatdırmaqla, Azərbaycanın mövqeyinin işıqlandırılmasına nail olmalıyıq. Əks halda, erməni lobbisinin təsiri ilə yazılmış yazılar gələcəkdə hökm sahibi olmuş olacaqlar.
Biz isə buna icazə verə bilmərik. Bunun üçün yorulmadan-durmadan elmi fəaliyyətimizi, lobbiçilik fəaliyyətimizi davam etdirməliyik.
Fəridə Bağırova
Перспективы развития карабахского конфликта
Конфликт между Азербайджанской Республикой и Республикой Армения вокруг территории Нагорного Карабаха по своим политическим и гуманитарным последствиям является одним из самых масштабных среди региональных конфликтов на постсоветском пространстве. Главная причина, так называемой, "Нагорно-Карабахской проблемы" заключается в неразрешенности территориальных проблем между Азербайджанской республикой и Республикой Армения. Исторические корни Нагорно-Карабахского конфликта достаточно глубоки. В современной исторической литературе эта проблематика освещена достаточно широко. При этом некоторые авторы началом истории Нагорно-Карабахского конфликта считают 1918 год. По мнению других, точкой отсчета в истории нагорно-карабахской проблемы является 1813 г., когда был подписан «Гюлистанский мирный договор» между Россией и Ираном 24 октября в Карабахском селении Гюлистан. Иран признал присоединение к России Карабахского а также др. ханств (см 1). Следующим этапом, сыгравшим большую роль в судьбе Азербайджанского народа, стал «Туркменчайский мирный договор», подписанный в 1828 г. между Россией и Ираном. По условиям договора, правительство Ирана обязалось не препятствовать переселению армян на территорию Эриванского и Нахичеванского ханства. По официальным данным, если в 1810 году в «Карабахском владении» из 12000 семейств 2500 составляли армянские, то в 1829г. после русско-иранской войны на территориях этих ханств образовалась Армянская область, куда из Ирана и Турции переселилось более 130 тыс. армян (см 2).
Позднее 28 мая 1918г. в состав образовавшейся Азербайджанской Демократической Республики входил и Карабах. Далее в том же году 4 июня, согласно Батумскому договору, подписанному между Турцией и Арменией, территория последней ограничивалась районами Араратской долины и Севанского бассейна (см 2). С этого периода, продолжавшийся процесс переселения армян на территорию Карабаха рождает жесткие противоборства между Арменией и Азербайджанской Демократической Республикой. Причиной тому было то, что Карабахская земля приютила десятки тысяч зарубежных армян, которым грозило физическое истребление со стороны Ирана и Турции.
Вековая экономическая и культурная связь Карабаха с другими областями Азербайджана, в частности, с Баку, и полная оторванность от Армении, от Еревана, были причиной того, что армянское крестьянство Карабаха в 1919 г. решило присоединиться к Азербайджану. Тем временем «Дашнаки-агенты» армянского правительства добиваются присоединения Карабаха к Армении, хоть это и значило бы лишиться источника своей жизни в Баку и связаться с Эриванью, с которой никогда и ничем не были связаны. Уже через год 28 апреля 1920 года в Азербайджане установилась Советская власть - это и спасло трудящихся Карабаха от новых страшных злодеяний дашнаков (см 3).