Əridə u[d]siz Kür deyə ki, Arazu deyə,
Gələ edə savab, hunca deyə, barı hunca deyə.
Burada, Azərbaycanın tanınmış rəssamı, qardaşım Fəxrəddin Əlinin çəkdiyi Bida Həmmədaninin gil lövhə ilə birgə xəyali portretini nümayiş etdirmək lazım gəlir. Əslində rəssamın bu əsəri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sifarişi ilə yaratdığı “Qadınlarımız Azərbaycan siyasətində” adlı silsilə portretlərindən biridir. Əsər əslində Bidaya həsr olunmayıb. Biz onu u silsilədən alıb, Gil lövhə ilə sintezdə vermişik burda. Portretə mixi yazılı gil lövhəni biz əlavə etmişik. “Həmmədan kuku” adlı poeması biti edilmiş lövhəni şairə kürədə ütüb (bişirib) çıxarmış naşirin əlindən sanki bu an alıb. “Kitabı nəşr olunmuş” Azərbaycanın qədim şairəsi dünyanın ən xoşbəxt insanıdır. İnanıram ki, nə rəssam, nə də fondun prezidenti qüdrətli qadınlarımızdan kiməsə həs edilmiş bu şəkil “plagiatlığıma” görə, ilk dəfə ulu şeri ilə rastımıza çıxmış antik şairəmizi özümüzə doğmalaşdırmaq, xalqımıza tanıtdırmaq amacıyla tutduğum bu xeyirxah iş üçün məni bağışlayarlar.
Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, Muğam barədəki informasiyası ilə yeganə yazılı fakt deyil. Uzaq əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarında da musiqi alətlərimizin adlarına tez-tez rast gəlinir. Əgər fikir verdinizsə, Enlil İsmə Dağan qəzəllərinin birində deyir:
BİDA HƏMMƏDANİ – XƏYALİ PORTRET
RəssamFəxrəddin Əli (Azərbaycan)
Du gə, du gə, du gə ey, mən azuni nükur udam!
(Du gə, şahidi ol ki, mən ən azı naxışlı udam!)
Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olduğuna görə Ağı (Elegiya) adlandırdığımız Enlil İsmə öz poemasında taleyə – fələyə belə bir arzuyla müraciət edir:
İkrip ili uturub a tarı inə şəptiyə…
(Əqrəb ili a (Ana) oturub tarını kaş bir də kökləyəydi…).
Muğam barədə gil yazılardan aldığımız məlumatlar bunlarla da bitmir.
III. ULULAR MUĞAMI MUĞAM AKADEMİYASINDA TƏDRİS EDİRDİLƏR. BUNA LYAPİS-LAZURİ LÖVHƏSİ ŞAHİDLİK EDİR. LÖVHƏ HƏM DƏ İKİ YENİ MUĞAM BARƏDƏ MƏLUMAT VERİR
I: da-gu-na……………..II: dim-mu-ziSALagrig
ama-ga-ku
DUMU.SAL ti-sa
Qiymətli daş sayılan lyapis-lazuri lövhəsi üstündə tərtib edilmiş yazını ilkin deşifrə edib oxuyan J.Nougayrol [8] hər iki tərəfdə qabardılmış eyni yazının dilini hurrit dili sayır. Onu qeyd edək ki, 22 illik gil yazıların tədqiqi təcrübəmizdə ilk dəfədir hurrit dilinə rast gəlirik. Elə bəri başdan deyək ki, tərcümə özünün mənasız söz yığımı ilə minlərlə digər tərcümələrdən heç nəyi ilə fərqlənmir. Burada da küt və ənənəvi sözlərə meydan verilib. Tərcümənin daha bir təəccüblü cəhəti ondan ibarətdir ki, yazıdakı türk dilinin sual şəkilçisi olan DUMU, sən demə, hürrit dilində də “övlad” mənasını verir. Adətən, dil ailəsinə mənsubiyyətindən asılı olmayaraq, istər sami mənşəli dillər (akkad, assur), istər aqqlütinativ dillər (şumer, urartu, elam), istərsə də hind-avropa mənşəli dillər grupuna (harrit, hetit, hurrit) və yaxud digərləri olsun, heç bir fərqi yoxdur, bütün ölü dillərdə DUMU “oğul” kimi tərcümə edilir. Bu necə olur ki, eyni bir söz bütün ən müxtəlif dil ailəsinə mənsub dillərdə belə eyni məna verir?
Dillərin öz aralarında sözdəyişmə prosesi millətlərin lap ilk təmas dövrlərindən yer almış təbii prosesdir. Amma eyni mixiyazılı şəkilçini bütün dillərə şamil etməyin özü, bu cür tərcümənin uydurma olduğuna qəti sübutdur. Bir anı da qeyd etmək vacibdir – əgər DUMU – dan sonra anlaşılmayan hər hansı söz və ya şəkilçi gəlirsə, o zaman onlar birlikdə, bu mətndə olduğu təki, bütün sadaladığım dillərdə “qız”a çevrilir. Yəni “qız” kimi tərcümə edilir. J.Nougayrol da DUMU.SAL`ı “hurrit” dili üçün də tam əminliklə qız kimi qəbul edir:
Daguna, the wet-nurse,
daughter of
Tisadimmuzi
the attendant
Az: Süd verən (əmizdirən) Daguna, Tisadimmuzinin qulluqçusunun qızıdır.
Mətn bizim modelləşdirmə və tərcüməmizdə aşağıdakı kimi səslənir:
M: I. Daguna amaga kuDUMU sal tisa
II. Dim muzi sal agrig
Lüğət və kommentarilər (LК):
I.Daguna – güman ki, tağanula — ırlamak – şakımak, oxumaq, tərənnüm etmək, bülübül tək ötmək, cəh-cəh vurmaq, zəngulə vurmaq; amaga – amaca — amac, qayə, məqsəd; 2) nişangah; amak (-kı) cəmdə, təkdəki umk — dərinlik, amakına nüfuz etmək – [işin] məğzinə varmaq; kuDUMU- kudumu – güdümü – güdürmü; birlikdə amaca gütmek – məqsəd güdmək; amaca güdümü – u məqsədi güdürmü? Sal – salmaq, qatmaq, söhbət yüksək tonda səsdən gedir; tisa – şəksiz tiza – tiz – 1) hündür, kəskin, nüfuz edən; 2) mus. hündür, yuxarı not; birlikdə: Sal tiza – yuxarıdan, hündürdən götür (notu); yüksək notda oxu;
II.Dim – dəm – bəm`ə – pəs`ə oxşayır; bəm – bəmdən, astadan, yarımtonda oxumaq; Amma bəm deyil. Muzi – musiqi; sal —; agrig – ağrıq (xalq deyimi) – аğrı – ah-vay, qəm, kədər.
Bahar (İstər) bayramının ilk səhəri erdən Azərbaycan türkləri dəhnə, kəhriz, çay üstünə çıxıb, Baharın ilk müqəddəs sularında yuyunur, sonra onun üstündən hoppanaraq hündürdən: “Ağırrığım-buğurruğum bu su aşağı!”, deyə suya müraciət edirlər. Həmən ümid dolu ifadəni u günün axşamı Yeni fəsil – Yeni il bayram şərəfinə qalanmış ocaq alovlarının üstündən atılanda da qışqırır, lakin bu dəfə oda müraciətlə: “Ağırrığım-buğurruğum bu odda yansın!» nidasını edirlər.
Çoxlarının düşündüyü kimi, buradakı ağırrıq – çəki, kütlə və ya massivlik deyil. Ağrı, kədər, qəm-qüssə, muun`dur (gil yazılı dövrünün adekvat məna daşıyan terminidir). Yazıdakı ağrıq burada bu anlamlarda işlədilib.
Lyapis-lazurdan hazırlanmış lövhədəki yazının işarələrini ayrıca deşifrə etməyə çalışaq:
Bu kiçik mətni tam dəqiqliyi ilə açmaq yolunda 3 mərhələ keçmişik. Onlar bir-birini rədd etsələr də, biz onların hər üç versiyasını burda işıqlandırmaqdan utanc duymadıq. Əksinə, dilimizin mixi yazılı sirrlərinin gələcək tədqiqatçılara çivi yazılardan son və təkmil cavab almaq yollarının çətin olduğunu, çətin olduqca da səbir tələb etdiyini göstərmək istədik. Beləliklə.
1-ci versiya
Yazı ilk baxışda belə məna verir:
Az: I. TAĞANULA AMACA GÜDÜMÜ (A, QIZ), SAL TİZƏ;
II. DƏM MÜZƏ SAL AĞRIK.
Tağanula amaca güdümü (Oxumaq məqsədi güdürsənsə), sal tizə (qalx zilə);
Dəm müzə sal ağrık (ağrı) (Dəm müsiqiyə ağrı qat).
Noqeyrolun (J.Nougayrol) açılışından belə anlamaq olur ki, biləyindən tutulub, kürsüdə oturan bəyin yanına gətirilən gənc qız (qadın), yəqin ki, hansı körpəyəsə öz döşlərindən süd vermək üçün təqdim edilir. Arxasınca gələn sonuncu qadının əlindəki vedrə isə – Nogeyrol qadının əlindəki çantanı belə təqdim edir – “süd sağılmaq üçün” gətirilib yəqin… Kahkəşanlı tariximiz bax beləcə predmetsiz yazılarla təhqir edilir, adımız səhifələrdən silinir, müdrik əcdadlarımızın ruhları üstündə kotanla şum çəkilir.