Литмир - Электронная Библиотека
A
A
Где, когда и как родился мугам - _156.jpg

Yəhudilər də lap bizim kimi, ərəblər kimi muğam oxuyurlar yəhudi makamı adı altında. Tarın, kamanın, tütəyin müşayiəti ilə. Tamamilə Azərbaycan muğamının rəngı üstündə çalınan deyək ki, elə şur adlandırdıqları muğam müəyyən mənada ərəb fəsiləsində səslənsə də, kök eynidir. Cıqqır At məbədinə Babildəki yəhudilər də gəlirdilər və öz vətənlərinə döndükdə yeni ölkədə eşidib sevdikləri musiqi ərməğanı ilə öz dinləyicilərini məftun edirdilər. İndi də yəhudi sinaqoqlarında Eloximə dualar makamlar üstündə səsləndirilir.

Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, muğam barədəki informasiyası ilə yeganə tarixi yazılı şahid deyil. Ulu əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarındada musiqi alətlərimizin adlarına tez-tez rast gəlirik. Fikir verdinizsə, yuxarıda yaradıcılığı barəsində söhbət açdığımız Enlil İsmə Dağan qəzəllərinin birndə deyir:

Du gə, du gə, du gə ey, mən azuni nükur udam!

Yəni, Du gə, şahidi ol ki, mən ən azı naxışlı (sədəfli) udam!

Filosof şair və astronomun bu cür etirafı, müəyyən mənada tələbəlik illərində Bakının “Dağlı məhəlləsi”ndə rəssam qardaşım Fəxrəddinlə kirayənişin yaşadığım illəri xatırlatdı mənə. Oranın yerli “dağlı” əhalisi içərisində salam verdiyin şəxsdən soruşanda, məs., “Necəsiniz, Əzizə Xanım?” böyük qətiyyətlə verdiyi “Dəf kimi!” cavabı bizi təəccübləndirməyə bilməzdi. Özünü saz olan və dinləyicilərini sevindirən musiqi alətinə bənzətmək xasiyyəti, göründüyü kimi, yazılı tariximizin u başında da adət olub.

Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olan Ağıda (Elegiya) Enlil İsmə belə bir arzuyla taleyə, fələyə müraciət edir:

İkrip ili uturub a tarı inə şəptiyə

(Əqrəb ili a (Ana) oturub tarını kaş bir də kökləyəydi!..).

Babilandan qaldırılmış və Britaniya muzeyində saxlanılan yuxarıdakı terrakot lövhəni tədqiq edən avropalı müəllifi musiqi alətini “Uzunqollu lut” adlandırır. Səhv göz qabağındadır. Gəlin, hörmətli antik tarzənimizin sinəsindən qədim tarı bir anlığa alaq. Və yanına Avropa musiqi aləti olub çox-çox sonralar, elə Avropa mütəxəssislərinin yazdıqlarına görə qədim uddan yaranmış lutu qoyaq. Müqayisə üçün. Tar niyə lut olmalıdır ki?..

Где, когда и как родился мугам - _160.jpg

Qədim tar və bugünkü lut

“Tar ifaçısı şuşalı Sadıqcandan qabaq tarı da kamança kimi dizə dirəyib çaldıqları halda, Sadıqcan aləti sinəsinə söykəyərək çalmağa başlamışdı” ideyası mövcuddur Azərbaycan ədəbiyyatında. Mümkündür. Min illərlə farslarla eyni dövlət tərkibndə olmuş azərbaycanlılar, min ilə yaxın da şahlıq taxtında otursalar da, öz tolerant, daha doğrusu, özgəyə meyl etmə təbiətləri ilə çox halda onların bəzi ənənələrinə sadiq qalıblar. Ancaq gördüyünüz kimi, türk kökdə tarı sinəsi üstə çalırdı.

İndi zurnaya da yiyə duranlar və bu aləti “onlardan aldığımızı” iddia edib bizi burunnayanlar, pərt etmək istəyənlər də çoxdur. Amma səkkiz min il (!) öncəki piktoqramda (şəkil yazıda) ona (çərçivədə, sağda böyüdülmüş formada) və ondan törəmiş mixi yazı işarələrinə rast gəlinirsə və onlardan əsası azərbaycanca (zil, solda böyüdülmüş forması) səslənir və deşifrə edilirsə, onu bizim əlimizdən heç kəs ala bilməz:

Где, когда и как родился мугам - _163.jpg

AZƏRBAYCAN ZİLİ (ZURNASI)

Где, когда и как родился мугам - _163_2.jpg

Səkkiz min il öncə icad edilmiş ZİL piktoqram (şəkil yazı) işarəsi (solda) bu gün də zil – zurna adlandırdığımız alətin əksi idi

Ulularımız zil səsinə görə ona elə ZİL də deyirdilər və Kars konservatoriyasının professoru dostum R.İmraninin şəxsi söhbətimizdə bildirdiyinə görə, Türkiyədə ona elə zil də deyirlər. Zil Türkiyə lüğətlərində zəng, qapı zəngi olsa da, dialekt variantında zurnanı da ifadə edir. Göründüyü kimi, musiqinin özü qədər qoca olan zil türkün bir sıra çivi işarələrinin şəkil yazılı əsasında dururdu. Bütün dünyaya da bizdən yayılırdı.

Bu da hələ son deyil. Şeir dilinin mürəkkəbliyinə görə ehtimal ki, 6 min il oncə yazıb-yaratmış Enlil İsmə dövrlərinə təsadüf edən, yuxarıda artıq tanış olduğumuz şairə Bikənin təsvir etdiyi hadisə, bu gün Türkiyə camelərində Mevlani təriqətinə məxsus dərvişlərin rituallarını xatırladır. Muğam sədaları altında Yerin özü kimi bir ox üstündə fırlanıb göylərdən paklıq diləyən cəlaləddinçilərin “Semavi reqsi”ni təsvir edır bir növü anun poeması. İlk beyt belə başlanır:

A nə zırı dibale çəkir Uda, kad əbada,

Dimmə! Kürrə ana əməli latehə!

Həmmədanda yazıb yaratmış şairə Bida Həmmədani (Bida — dəyərlilik əmsalı anlamında tək, yeganə, yalnız deməkdir. Bu adı da tarımız, udumuz kimi farsınkı sayırlar bizim öz mütəxəssislərimiz; Həmmədani ləqəbini ana biz vermişik) özünün “Həmmədan kuku” adlı şeirində Arazla, Kürlə yanaşı, saza da müraciət edir a:

Sazu şama tudağun ki, bihama çiçi,

Amma tudsaq, aya tudağun ki, behama çiçi!

Aşağıda yanaşı verdiyimiz şəkillərdə terrakotta əks edilmiş qədim ozan ilə müasir ozan Araz Elsəsin fotosu müqayisə edilir. Onlar sanki Şairə Nənənin təsvir etdiyi şeir parçasının kətan üzrə əksidir:

Где, когда и как родился мугам - _169.jpg

ANTİK NAMƏLUM OZAN – MÜASİR OZAN ARAZ ELSƏS

“Şumerdən” tapılmış və hazırda Britaniya muzeyində saxlanılan terrakot (bişirilimiş gil) lövhə üzərində saz çalan antik ozan və müasir məşhur ozanımız bütöv vətənhavalı, sevimli Araz Elsəs. Gəlin bir anlığa, hər iki sənətkarımızı daha yaxından müşahidə edək.

Sifət eyni sifət, saç eyni saç, poza eyni poza, alət eyni alət, halət eyni halət!

Где, когда и как родился мугам - _170.jpg

Burada heç böyüdücü linza da lazım deyil. Bunlardan birincisi 5 min il bundan öncə yaşayıb daşlaşmış ozan, ikincisi müasirimiz ozan Araz Elsəs. Bunlar ikili xromosomun там dəsti sayılan bir ziqotadan törəmiş əkiz sifətlər deyil, bəs nədir? Kim dana bilər ki, Araz Elsəsin Xan Araz kimi coşub-daşan, tüğyan edən qanındakı istedad onun doğulduğu Urminin cəmi bir neçə yüz kilometrliyində “Şumer” adlandırdığımız Batıda dünyaya göz açmış bu ulu Baba ozanın qanından gəlmir? Onların qaploqrupları eyni deyil? Kim dana bilər ki, onların hər ikisi eyni gennən deyil? Bu terrakot pannonu yapan heykəltaraş da öz vaxtında sənətinə vurğun olduğu öz müasirini – Saz çalıb, söz qoşan gerçək ozanı, yəni elə Araz Elsəsin bir düz xətt boyu əcdadını əks etdirib işində… Sevdikləri heyvanlar aləmində aylı gecədə sazın müşayiəti ilə Vətən nəğməsi demirmi hər ikisi?

Aşağıdakı sətirlər Bida Həmmədaninin artıq tanış olduğumuz “Həmmədan kuku” adlı şeirinnən digər nümunədir. Şeir anun Quzey Azərbaycanımızın Kür-Araz ovalığında doğulduğuna şahidlik edir. Anadan olduğu doğma yurdu üçün burnunun ucu göynəyən Ulu Şairəmiz harmonik və həm də monoton nəğməsini dinlədiyi ququ quşuna nidası ilə qəlbinin başı göynədiyi Kürün, Arazın nəğməsinə və görünür, Quzey Azərbaycanda mühitində böyüdüyü türk dilinin ana doğma hun ləhcəsinə olan həsrət odunu söndürmək istəyi ilə quşa müraciət edir. Sinəsində bir an belə səngiməyən Vətən həsrətinə, ləhcə həsrətinə su çiləmək üçün.

7
{"b":"588824","o":1}