2018-ci il Azərbaycan üçün də maraqlı başladı. Ötən ilin yekunlarına görə ÜDM 1.2% azaldı, bu ilə dövlət büdcəsi amerika dolları ölçüsündə iki dəfə azalıb, xarici borclar ÜDM-in 74.5%-nə çatıb və xarici borclanma davam edir. Minimum əmək haqqı –69 amerika dolları (Ermənistanda 115), orta əmək haqqı 310 amerika dolları (Ermənistanda 383) təşkil edir. Milli valyutanın iki dəfə dəyərsizləşməsi nəticəsində maliyyə sistemi ciddi zədə alıb, on minlərlə insanın banklara vaxtı keçmiş borcları var. Dövlətin rəsmi qəbul etdiyi infilyasiya 14 faizdən çoxdur, qeyri-rəsmi hesablamalara görə 25-28% həndəvərindədir. Rəsmən qəbul edilməsə də, bu və digər göstəricilər, iqtisadi böhranın dərinləşdiyindən xəbər verir.
11 aprel tarixində növbədənkənar prezident seçkiləri keçirildi və fantastik 86.03%-lə İlham Əliyev növbəti dəfə prezident seçildi. Prezident seçkilərindən sonra dərin iqtisadi, siyasi islahatların aparılacağına cəmiyyətdə ümid və gözləntilər var idi. Lakin yeni baş nazir və nazirlər kabinetinin təyin edilməsindən sonra aydın oldu ki, ölkədə yeni kurs, islahatlar olmayacaq. Ən yaxşı halda, kosmetik dəyişikliklərə gediləcək.
Vətəndaş cəmiyyətinə, siyasi partiyalara, ictimai rəyə, QHT-lərə, KİV-lərə, TV-lərə olan münasibət daha da sərtləşəcək, tam nəzarət altında saxlanmağa cəhd ediləcək. Taleyüklü məsələlərlə bağlı qərar verilərkən xalqın iştirakı minimuma endiriləcək, ehtiyac olan mövqe əvvəlcədən seçilmiş, müəyyən edilmiş şəxslər tərəfindən səsləndiriləcək.
AŞPA-dakı korrupsiya ilə bağlı araşdırmaların nəticəsi beynəlxalq siyasətimizin gerçək vəziyyətinin necə acınacaqlı olduğunu üzə çıxartdı. Diaspor ilə iş siyasətinin nəticəsi siyasi münasibətlərdə leksikona təhqir, açıq küçə söyüşü daxil etdi.
Bunun nəticəsi kimi bizi nə gözləyir? Yeni ərazi itkilərimi? Yaxud son yüz ilin yarıtmaz praktikasına son qoyaraq ərazilərimizin işğaldan azad edilməsimi?
Qısa yekun: “vaxt bizim xeyirimizə işləyir” fikri, yumşaq desək yanlışdır. İstər iqtisadi, siyasi, sosial inkişafda, istər beynəlxalq müstəvidə Ermənistanın göstəricilərinin dinamikası bizimkindən üstündür. Zaman keçdikcə, indiki münasibət dəyişməsə, bu üstünlük həndəsi silsilə şəklində artacaq.
Yeganə ümidverici sahə ordumuzun vəziyyəti ilə bağlıdır. 2016-cı il aprel döyüşləri ordumuzun erməni ordusu üzərində müəyyən (müasir silahlar, döyüş ruhu, əhalinin mövqeyi) üstünlüyünün olduğunu aşkarladı. Klassik hərb doktrinalarına görə hücuma keçən müdafiə olunun üzərində 3:1 nisbətində üstünlük əldə etməlidir ki, əməliyyat müsbət nəticə ilə sonlansın.
Nəticə:
Son illər Qərb ölkələrinin siyasəti Rusiya Federasiyasının təcrid olunmasına, zəiflədilməsinə, azsaylı müttəfiqlərinin iflasa uğradılmasına yönəldilib və addım-addım bu istiqamətdə irəliləyir. Rusiyanın reaksiyası söz polemikasından, təsirsiz antisanksiya tədbirlərindən real cavab addımlarına keçmir və bunun üçün potensiala malik deyil. Yeganə reaksiya hibrid metodlardan istifadə etməklə Qərbin vahid mövqeyinin parçalanmasına cəhd və yeni gərginlik ocaqlarının yaradılması, köhnə münaqişələrin yenidən alovlandırılması ola bilər. Zərbə ilk növbədə Qərbə açıq şəkildə meyillənən, Rusiyadan aralanmağa çalışan ölkələrə dəyəcək. Çoxsaylı rus əsilli vətəndaşların yaşadığı Qazaxıstan, Belorus, Moldova və Pribaltika ölkələri hədəf seçilə bilər.
Ermənistanda baş vermiş “məxməri inqilabın” bu günə olan nəticələri onun da bu sıraya namizəd olduğunu göstərir. Əgər yaxın vaxtlarda keçiriləcək seçkilərdə müəyyənləşəcək rəhbərlik açıq antirus xətti götürəcəksə, Rusiyanın təsir dairəsindən çıxmağa çalışacaqsa, Azərbaycanın işğal altındakı əraziləri azad etmək imkanı yaranacaq və bu şans buraxılmamalıdır. Rusiya-Ermənistan münasibətləri kəskinləşməsə və Azərbaycan iqtidarının daxili və xarici siyasəti köklü korrektə olunmazsa, Qarabağın de-yure itirilməsi qaçılmaz olacaq.
Tofiq Həsənov
Azərbaycanın Xəzər sahili ərazilərində siyasi vəziyyət
( may 1918-aprel 1920-ci illər)
Açar sözlər: Azərbaycan, Xəzər sahili, siyasi, Paris konfransı
Keywords: Azerbaijan, the Caspian Sea, political, Paris Conference
Ключевые слова: Азербайджан, прикаспийский, политический, Парижская конференция
1917-ci ilin dekabr ayının 6-da Qərb və Qafqaz cəbhəsində alman-türk qoşunları hücuma keçdilər. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqları boşa çıxmşdı. 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsində Türk qoşunları irəliləməkdə davam etdiyini görən Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin komandanı Mehmed Vehib paşaya Türkiyə ilə sülh danışıqları aparmaq üçün teleqram göndərməyə məcbur oldu (1.294-295). 1918-ci il fevral ayının 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəsisələr Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu təşkilata verilməsinə dair qərar qəbul etdi (2, 200).
Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Seym İ.H.Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seyminin müsəlman hissəsinin rəhbəri M.Ə.Rəsulzadə yazırdı: “Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlmsn ölkələrinin də mənafeyinə uyğun idi (1, 295).
Seym Türkiyə ilə danışıqlara dair proqramında qeyd olunurdu ki, 1914-cü ildəki dövlətlər arasındakı sərhəd bərpa olunmalıdır. Eyni zamanda Sərgi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla ermənilər üçün öz müqəddəratını təyin etmək hüququ əsasında muxtariyyət əldə etməyə çalışırdı. Danışıqlar üçün Cənubi Qafqaz millətlərin parlament bölmələrini təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu.
Zaqafqaziya Millət Məclisi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalandı. Müqavilənin sərvətlərindən biri də Ərdəhan, Qars, Batum Türkiyəyə verilməli idi. Zaqafqaziya Seym Brest sülhünün bu şərtini qəbul etmədi və Petroqrada Xalq Komissarları Soveti adına etiraz teleqramı göndərdi. Türkiyə dövləti Brest sülhünün qərarlarına əsaslanaraq Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal boşaldılması haqqında son xəbərdarlıq etdi. Bu gərgin siyasi şəraitdə 1918-ci il mart ayının 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı (2, 207). Konfransda Türkiyə dövləti mövqeyini açıqladı ki, əgər Zaqafqaziya beynəlxalq hüquq subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Türkiyə tərəfi qəti olaraq bildirdi ki, Zaqaafqaziya seymi ilə sülh Brest - Litovsk müqaviləsinin məlum şərti əsasında bağlanacaq Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest - Litovsk müqaviləsinin şərtlərini qəbul edib, etməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb etdi. 1918-ci ilin aprel ayının 14-də Türkiyə hərbi hissələri irəliləyərək Batumu tutdular.
Bu tarixi zamanda Cənubi Qafqazda erməni daşnakları öz alçaq qaniçən siyasətlərini davam etdirirdilər. Onlar 1918-ci ilin yanvar ayından etibarən Bakıda və Zaqafqaziyanın digər bölgələrində müsəlman qırğını törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar. Ermənilər Bakı Sovetinin idarələrinə öz nümayəndələrini yerləşdirirdilər.
Qafqazın xristian əhalisi məqsədyönlü bir surətdə silahlandırılırdı, 1918-ci ilin mart qırğınları ərəfəsində Rus milli Şurasının Cənubi Qafqazın xristian əhalisinə olan müraciətdə mart ayının 11-dən 18-nə qədər 19-25 yaşlarında olan bütün rus gənclərinin hərbi səfərbərliyə alındığı bildirilirdi (3, v.1).
Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-azadlıq carçısı olan “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar “Müsavat”ın sosial bazası olan Bakı şəhərinin müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşlar. Bu məqsəddə beş min erməni əskəri müxtlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun 70 faizi erməni idi (4, v.44). Əsasən ruslardan olan Xəzər donanması içərisində müsəlmanlara qarşı xüsusi təbliğat işi aparılmışdı. Şamaxı və Muğanda ehtiyat olraq rus-malakan silahlı dəstələri yradılmışdı. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda yerləşən müsəlman alayında xidmət edən oğlu Məhəmməd Tağıyevin əlindən silahdan açılan atəş nəticəsində həlak olması, zabit yoldaşlarının onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkarana qayıtmalı idilər.