Литмир - Электронная Библиотека
A
A

Документы и материалы по внешней политике Закавказья и Грузии. Сборник документов.

Из протокола первого заседания Батумской мирной конференции от 11 мая 1918 г. // Документы и материалы по внешней политике Закавказья и Грузии. Сборник материалов. Тифлис, 1919.

Империалистическая интервенция на Дону и Северном Кавказе / Под ред. Минца И. И. М., 1988.

Мамулиа Г., Вачагаев М., Доного Х. М., Гайдар Баммат и журнал «Кавказ». Сборник статей за период существования журнала 1934-1939 гг. Махачкала-Париж, 2010.

Расулзаде Мамед Эмин. Сборник произведений и писем // Составление, предисловие и примечания Исхаков С. М.: Издательство Флинта, 2010.

РГАСПИ (Российский государственный архив социально-политической истории). Ф. 71. Оп. 33. Д. 686.

РГАСПИ. Ф. 71. оп. 34. Д. 1059.

РГАСПИ. Ф. 71. Оп.33. Д. 1708.

РГАСПИ. Ф. 71. Оп.33. Д. 1705.

Резолюция временного правительства Союза горцев Северного Кавказа и Дагестана о принятии срочных мер к политическому воссоединению территории и народов Северного Кавказа и Дагестана с Закавказьем, а также к вступлению в сношения с Оттоманской империей и союзными ей державами для выяснения возможности активной поддержки названными государствами независимого кавказского государства. г. Владикавказ, 28 февраля 1918 г.// Гайдар Баммат – известный и неизвестный. Сборник документов и материалов. Баку: Азербайджанское историческое общество, 2015.

Самурский (Эфендиев) Н. Гражданская война в Дагестане. Махачкала, 1925.

Союз объединенных горцев Северного Кавказа и Дагестана (1917-1920 гг.), Горская Республика (1918-1920 гг.). Документы и материалы. Махачкала, 1994.

Тахо-Годи А. Революция и контрреволюция в Дагестане. Махачкала: Даг. кн. изд-во, 1927 // Научное наследие А. А. Тахо-Годи. Книги, статьи, доклады, выступления, письма. Ч. 1. Махачкала, 2006.

Şamil Mehdi

Qərb ya Şərq-düzgün seçim qarşısında

Təlatümlər və torpaq itkiləri

Yüz il bundan əvvəl, 1918-ci ilin noyabr ayının 11-də Kompyеn meşəsində atəşkəs elan olması ilə I Dünya müharibəsinin qurtarmasını bəyan edən müqavilə imzalandı və müasir dünya xəritəsinin cizgiləri çəkilməyə başladı. Dörd imperiyanın süqutu ilə yeni dövlətlər, o cümlədən, Azərbaycan Cümhuriyyəti, Ermənistan və Gürcüstan Respublikaları yaranmalarını bəyan etdilər. Bu il hər üç respublikanın müstəqilliklərini elan etmələrinin 100 illik yubileyi qeyd olunur.

O dövrün reallıqları şəraitində Azərbaycan Cümhuriyyətinin qurucuları mərkəzi İrəvan şəhəri olmaqla 9 min kvadrat kilometr ərazini ermənilərə güzəştə getməyə məcbur oldular. Azərbaycan Cümhuriyyəti 114 min kvadrat kilometr ərazi ilə 1920-ci ildə beynəlxalq güclər tərəfindən tanındı. O, Cümhuriyyətin süqutundan və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra az bir müddətdə - 3-4 il ərzində Zəngəzuru Ermənistan SSR-ə güzəştə getdi, Nazçıvanla quru sərhədi itirildi, Qarabağın dağlıq ərazisində Muxtar Vilayət yaradıldı və mərkəzi azərbaycan hakimiyyətinin təsiri zəiflədildi.

1948-1951-ci illərdə mərkəzi Sovet hökumətinin qərarı ilə Ermənistan SSR-dən yüz min azərbaycanlı məcburi şəkildə Azərbaycana köçürüldü və yüzillərlə yaşadıqları doğma məkanlarını tərk etmək məcburiyyətində qaldılar.

Keçən əsrin 80-cı illərdə SSRİ-nin zəifləməsi və sonda süqut etməsi dövründə Ermənistan Dağlıq Qarabağın ilhaqına başladı və altı illik qanlı prosesdən sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun 14.5 min kvadrat kilometr ərazini zəbt etdi.

Bu qısa xatırlatma nəticə çıxartmağa imkan verir: yüz il ərzində siyasi təlatümlər baş verdikdə, Azərbaycan ərazi itirib, Ermənistan ərazi əldə edib. Səbəb bir çox faktorlardan asılı olsa da (beynəlxalq və regional güclərin siyasəti, vətəndaş cəmiyyətinin səviyyəsi, hakimiyyət-xalq münasibətləri, diaspor, iqtisadi-sosial vəziyyət və s.), qısa olaraq, təşəbbüs həmişə Ermənistanın əlində olub, Azərbaycan yalnız müdafiə mövqeyində olub.

2018-ə vəziyyət

İndi, yəni 2018- ci ilin dörd ayında baş verən proseslər aydın şəkildə ona işarə edir ki, 2014-cü ildə Rusiya Federasiyasının Ukraynanın ərazisinin bir hissəsinin açıq (Krım) və digər hissəsinin (Donbas) gizli ilhaqı ilə başlanan siyasi təlatüm pik nöqtəsinə yaxınlşır. Aprelin sonuna dünyadakı vəziyyətə baxanda nə görürük:

Qərb dünyasını təmsil edən dünya gücləri (ABŞ, Avropa və müttəfiqləri) bir mövqedən çıxış edərək sistemli şəkildə müxtəlif səbələr gətirməklə (Ukraynaya təcavüz, insan haqlarının pozulması, qərb demokratiya ölkələrində seçkilərə müdaxilə və s.) Rusiyaya qarşı siyasi, iqtisadi, maliyyə təcridedilməsi tətbiq edirlər, müasir texnologiyaları əlçatmaz edirlər. Bu təzyiq getdikcə artırılır və tələb olunan nəticələr əldə olunmayana qədər dayandırılacağı real görsənmir.

Rusiya son illərdə apardığı xarici siyasətin (2007-ci il Münhen Təhlükəsizlik Konfransında prezident V.Putinin məşhur mövqeyi) girovuna çevrilib. Ölkə iki müharibə (Suriya və Şərqi Ukrayna) aparır və demək olar ki, müttəfiqsiz qalıb, təklənib. Rusiyada həyat səviyyəsi sürətlə aşağı düşür, əhalinin kasıb hissəsi 25 % təşkil edir. Təhsil və səhiyyənin səviyyəsi qaneedici deyil, ali savadlı kadrlar (əsasən gənclər) kütləvi şəkildə ölkəni tərk edir. Siyasi azadlıqlar məhdudlaşır, mətbuat, TV, İnternet üzərində tam nəzarət yaradılır. Mart ayında keçirilən növbədənkənar prezident seçkiləri rəqabətsiz və qeyri-ədalətli kimi qiymətləndirildi. Yaxın gələcəkdə ölkənin qapadılacağı və iqtisadi böhranın dərinləşəcəyi gözlənilir.

Təlatümlərə hazırıqmı?

Bu suala cavab verməzdən əvvəl bir neçə məqama diqqət ayırmağa ehtiyac var. 2017-ci ilin nəticələrinə görə Ermənistanda ÜDM 7%-ə yaxın artım olub və regionda ən yüksək göstəricidi.. Minimum əmək haqqı –115 amerika dolları, orta əmək haqqı 383 amerika dolları təşkil edir və bu göstəricələrə görə ölkəmizi üstələyir. İxracın həcmi Azərbaycanın ixracından (neft və qazdan əldə olunan gəlir çıxılmaqla) çoxdur. Xarici siyasətdə Rusiyadan tam asılılığa baxmayaraq, Avropa Birliyi ilə sıx əməkdaşlıq aparılır, NATO-nun tədbirlərində iştirak edilir. İşğal olunmuş ərazilərdə müəyyən məskunlaşma siyasəti aparılır, yeni istehsal müəssisələri açılır, yollar salınır. Dağlıq Qarabağ muxtar vilayətinin sərhədlərindən kənarda işğal edilmiş ərazilərdə əkin-biçin işləri görülür, iri və xırdabuynuzlu heyvandarlıq fermaları yaradılıb, arıçılıq geniş yayılıb. Şuşada daimi yaşayan iki-üç min əhali var. Qarabağdakı qondarma rejimin nümayəndələri bir çox ölkələrə səfərlər edir, rəsmi şəkildə dövlət yardımları almağa nail olurlar.

Ermənistanda müstəqillik dövründə dördüncü prezident seçildi. Parlamentdə dörd partiyanın fraksiyası mövcuddur. Ölkədə ən azı iki müxalif TV, ona yaxın müxalif qəzet və sayt fəaliyyət göstərir. Siyasi partiyalar, QHT-lər sərbəst fəaliyyət göstərir. Dünyadakı erməni diasporu ilə ənənəvi yaxşı münasibətlər var və hər il milyonlarla vəsait ölkənin inkişafına yönəldilir.

Bütün sadalanlara baxmayaraq, S.Sarqsyanın baş nazir seçilməsindən sonra etirazlar dalğası bütün Ermənistanı bürüdü. Ermənistanda prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçid bu il başlandı. Səlahiyyətləri bir xeyli məhdudlaşdırılmış prezidentin seçkilərindən sonra (2018), parlament tərəfindən real hakimiyyətə malik baş nazir vəzifəsinə seçkilər keçirildi. Bu vəzifəyə iki müddət prezident olmuş (2008-2018) Serj Sarqsyan seçildi və geniş xalq kütlələrinin etirazına səbəb oldu.

Xüsusi qeyd olunmalıdı ki, “məxməri inqilab” adlandırılacaq etirazları sistem müxalifəti deyil, bir nəfər keçmiş jurnalist, indiki deputat təşkil etdi və ona başçılıq etdi. Etirazçılar və polis arasındakı kəskin qarşıdurmalara, kütləvi həbslərə baxmayaraq, hakimiyyət çevrilişi qansız, insan itkisi olmadan keçdi. 2000-ci illərin əvvəlindən hakimiyyəti ələ keçirmiş “Qarabağ klanı” liderlərini müdafiə üçün xalq kütlələri ilə qarşıdurmaya getmədi. Eyni zamanda xaricidən, hətta Ermənistan iqtisadiyyatının böyük hissəsinə nəzarət edən Rusiyadan heç bir müdaxilə olmadı. 11 günlük kütləvi etirazlar nəticəsində təzə seçilmiş baş nazir haqsız olduğunu bəyan etdi və istefa verdi. Postsovet məkanında Gürcüstandakı “qızılgül inqilabından” sonra dinc yolla hakimiyyətin dəyişməsi ikinci dəfə Ermənistanda baş verdi.

67
{"b":"614716","o":1}