Литмир - Электронная Библиотека
A
A

Azərbaycan tarixinin qaranlıq və ağ ləkəli səhifələrindən biri də XIX əsrin əvvəllərində baş verən tarixi proseslərdir. Rusiya-İran müharibələri adı altında tarixə çevrilmiş, mahiyətcə Azərbaycan torpaqlarında baş vermiş müharibələrdə torpaqları taptalanmış, insanlar qırılmış, ərazisi işbal edilmiş və Azərbaycan xalqı iki yerə bölünmüşdür. Tarixin şirinli-acılı hər bir səhifəsi hər bir xalq kimi azərbaycanlılar üçün də əzizdir. Tarixi keçmişin inkişafı, mütərəqqi, intibah, zəfərli dövrləri nə qədər qiymətlidirsə, böhranlar, müharibələr, istilalar, dağıntılar, faciələr isə nə qədər dəhşətlidirsə, həmçinin əgər o bir xalqın tarixi taleyi ilə bağlıdırsa o tarixin öyrənilməsi vacibdir. Ən azı ona görə ki, tarixin acı səhifələri bir daha təkrar olunmasın.

XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan torpaqlarına yürüşü və həmin dövrdə gedən proseslərin tarixinin qaranlıq səhifələri açılmaqdadır. Həmin dövrün tarixində sir və müəmmalı olan proseslərdən biri də Qarabağ xanlığı ətrafında baş verən proseslərdir. İbrahim xan ilə Rusiya dövləti arasında bağlanan müqavilənin, habelə İbrahim xanın özünün və xanlığın acınacaqlı sonluğunun səbəbi indi sir deyil. Lakin bir məsələ çox maraqlıdır ki, həmin dövrün «Şərq siyasəti»ndə ingilisin rus siyasətinə yaxınlığ hansı məqsəd və məramdan qaynaqlanması barədə araşdırmalar yeni faktlar meydana çıxarır. İngilis rəssamının (Robert Ker Porterin) Rus dövlətinin agentinə çevrilməsi şəxsi və ya dövlət maraqlarından və yaxud hansı münasibətlərdən irəli gəldiyi böyük maraq doğurur.

Sankt-Peterburqun Ermitac muzeyində Robert Ker Porterin 1818-1820-ci illərdə İrana ekspedisiyası zamanı çəkdiyi fars abidələrinin rəsmlərindən ibarət şəkillər kolleksiyası yerləşir. Bu koleksiyada ingilis rəssamı və səyahətçisinə aid (1777-1842) İranın XIX əsrin əvvəllərində hazırlanmış 80 şəkildən ibarət albom saxlanır. Orada Qafqaz, Kürdüstan, Babilon xəritələri adlandırılan sənədlər öz əksini tapmışdır. Bu albomda Fətəli şahın portreti, yazı, Rey şəhərinin qaya təsvirləri, Mürhab dərəsi abidələrinin planı və relyefi haqqında məlumat verilir. Nəqşi Rüstəmin, Nəqşi-Rəcəbin, Persepolis abidələrinin, Bisütun qayalığı relyefinin, Tağ, Bustan, Babilon, Səlmaz dərəsinin şəkilləri və şəhər xəritələrinin rəsmləri və iki səhifə yazı var.

Maraqlıdır ki, Ker Porterin rəsmlərinin Ermitaca necə gəlib çıxması barədə məlumat yoxdur. Bunu Peterburqun müxtəlif arxivlərində saxlanmış sənədlər də təsdiq edir. Rəssamın birdən-birə İrana arxeoloci tədqiqat məqsədi ilə getməyi qərara alması müəmmalı görünür. Onun bioqrafiyası təsdiq edir ki, Ker Porter ekspedisiyadan nə əvvəl, nə də sonra heç bir arxeoloci tədqiqatla məşğul olmamışdır. Maraq doğuran məsələlərdən biri də onun bütün əsərlərinin, məlumatlarının və ümümiyyətlə fəaliyyətinin bir çox məqamları açıqlanmamasıdır.

İngiltərədə doğulmuş Robert Ker Porterin həyatı 1805-ci ildən etibarən Rusiya ilə bağlı olmuşdur. Rəssamın Peterburq fəaliyyəti Admirallığın baş zalını tarixi mövzuda rəsmlərlə bəzəmək üçün məhkəmə* rəssamı kimi dəvət olunması ilə başlanmışdır (şəkil 1). Ker Porter 1807-ci ildə Rusiya ilə Fransa arasında Tilzit sülhü bağlandıqdan sonra Rusiyanı tərk etmiş, səyahətə başlammış və 1811-ci ilə qədər geri qayıda bilməmişdir. Ancaq bunun səbəbi və harada olması məlum deyil. Lakin o, Reterburqa qayıdandan sonra A.N.Oleninin qohumu xanım Mariya Şərbətova ilə evlənir. Bununla Ker Porter Peterburq aristokrat aləminə daxil olur.

Aleksey Nikolayeviç Olenin (1764-1843) dövrünün məşhur və təhsilli adamlarından biri idi (şəkil 2). O Reterburqda bir sıra vəzifələrdə işləmişdir: 1911-ci ildən Peterburqda kütləvi kitabxananın direktoru olmuş, 1912-ci ildə dövlət vəzifəsinə keçmiş, dövlət katibi işləmişdir. 1917-ci ildən sonra İncəsənət Akademiyasının prezidenti olub, tədqiqat işləri ilə məşğul olmuşdur. A.N.Olenin rəssamlıqla bərabər qədim dillər, tarix, incəsənət və arxeologiya üzrə yaxşı mütəxəsis olmuşdur. O, qədim Şərq incəsənətini öyrənməyə böyük maraq göstərmişdir. Ker Porterin İran səfərinin səbəbkarı da A.N.Olenin olmuşdur.

Maraqlıdır ki, Rusiyanın Şərq siyasətinin, hərbi tədbirlərinin qızğın vaxtında A.N.Olenin alimlərin diqqətini bu səmtə yönəltməyə cəhd göstərir və İrana ekspedisiyaya ehtiyac olması qərarına gəlir. Ker Porter bu məqsəd üçün ən uyğun namizəd hesab edilir. Onun Londonda akademiyanı bitirərək yüksək təhsilə malik olması, yaxşı rəssamlıq qabiliyyəti, tarixi və hərbi mövzuda rəssamlıq və dini dərslər alması mühüm əhəmiyyət kəsb edir. Ker Porter A.N.Oleninin İrana səfər etmək təklifini qəbul edir.

Ker Porterin 1817-ci ildə İrana getdiyi bildirilir. 1817-ci il avqustun 4-də A.N.Oleninin ona məktub göndərməsi barədə məlumat verilir. A.N.Olenin məktubda ona yazır ki, gördüklərini mümkün qədər dəqiqliklə qeyd etsin, abidələrin və onların yerləşdiyi yerlərin çəkilmiş rəsmlərinin üzünü çıxartsın və s. Məktubun sonunda A.N.Olenin Ker Porterin bacarığına böyük ümid bəslədiyini bildirir.

Ker Porter 1817-ci il avqustun 6-da Peterburqdan çıxır, Rusiyanı, Qafqaz dağlarını keçir, Tehrana və Təbrizə gedir. O, Mürhab dərəsindəki memarlıq abidələrinin, Əhəməni və Sasani dövrlərinə aid yazıların şəkillərini, bir neçə qala və türbənin də plan quruluşunu çəkir. Sonradan Rus hökumətinin göstərdiyi maraqdan məlum olur ki, aldığı tapşırıq üzrə Ker Porter A.N.Oleninin dediklərindən də artıq iş görür. O, İran xalqının etnoqrafiyasına dair müəyən ümumi görünüşlər və bundan əlavə İranın ümumi xəritəsini və gördüyü şəhərlərin, yarımadaların şəklini çəkir.

1820-ci ilin mart ayında Ker Porter Peterburqa qayıdır. Onun əldə etdiyi materialların kolleksiyadan 6 ədədi imperator I Aleksandra verilir. Buna görə Ker Porter 2500 rubl dəyərində brilliyant üzüklə mükafatlandırılır. Sonra, o, Londona və Parisə gedir. 1821-ci ildə Ker Porter yenidən Peterburqa qayıdır və A.N.Oleninin məsləhəti ilə qədim Şərq abidələrinin rəsmlərindən ibarət albom hazırlayır və onu imperator I Aleksandra təqdim edir. Əla işinə görə Ker Porter II dərəcəli Vladimir, Anna mükafatı alır.

Mənbədə Ker Porterin 1817-1820-ci illərdə Gürcüstanda, Ön Asiyada olması barədə məlumat verilir. Onun həmin yerlərdə çəkdiyi şəkillərin Londonda nəşr olunması bildirilir. 1822-ci ildə isə Ermənistanda olması barədə məlumat verilir. Ker Porter 1817-ci ildə İranda olub, 1821-ci ildə Peterburqa qayıdır. Bir il sonra (1822-ci ildə) isə yenidən oraya qayıdır və mənbəyin məlumatına görə Ermənistanda peyda olur ki, bu da təəccüb doğurur. Həmin yazılı məlumatlarda Azərbaycana aid heç bir məlumatın olmaması da diqqəti cəlb edir. Ermənistan adlı bir dövlətin olmadığı bir dövrdə Peterburq sənədlərində «Ermənistan» adının qeyd edilməsi də təəcüblüdür. Bu hansı Ermənistandır? Egey dənizi sahilindəki Kilikiya Ermənistanı yoxsa uydurma «Böyük Ermənistanın» yerində «gözlərinə görünən» təsəvvür etdikləri Rusiya «Ermənistan»ıdır?

XIX əsrin başlanğıcında - beynəlxalq aləmdə və regionda mövcud olan vəziyyətlə əlaqədar olaraq Rusiya (fəall siyasətə girişdi) Şərq siyasətində mühüm hədəfi olan Jənubi Qafqaza yürüşə başladı və 1801-ci ildə Gürcüstanı, 1803-cü ildə Azərbaycanın Jar-Balakən torpaqlarını və 1804-cü ildə Gəncə xanləğını işğal etdi. İbrahim xan vəziyyətin çətinliyini nəzərə alaraq Rusiya adından qoşunların komandanı P.Sisyanovla 1805-ci ildə Kürəkçay müqaviləsini bağladı. (Müqavilə 11 maddədən ibarət idi). Müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul edilirdi (I maddə); xanlıq xarici siyasət hüququndan məhrum edilir, daxili işlər isə onun ixtiyarında qalırdı (IV maddə); Şuşada rus qoşunları yerləşdirilirdi (VI maddə); çar xəzinəsinə 8 min çervon pul verilməli idi (VIII maddə) və s. Ermənilərin iddiasının əksinə olaraq, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olunmuşdu. İbrahim xan bir il sonra ruslar tərəfindən qətlə yetrildi və İmperator I Aleksandrın fərmanı ilə İbrahim xanın varisi Mehdiqulu xan (1805-1822) taxta çıxarıldı. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən ləğv edildi.

40
{"b":"614716","o":1}