3
1984
1
1908
1
1985
1
1909
1
1987
1
1916
1
1988
27
1917
6
1989
21
1918
75
1990
18
1919
37
1991
41
1920
22
1992
39
1921
1
1993
16
1929
1
1994
8
25 il (deportasiya illəri olmadan) ərzində
ə
351
Qaynaq: Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər). Müxtəsər xronoloji ensiklopediya. Bakı, 2003; Erməni ciyanətləri (sənədlər əsasında). I c. Bakı, 2004
Cədvəldən aydın olur ki, ermənilər 1900-2000-ci illər arasındakı (deportasiya illəri nəzərə alınmadan) 25 müxtəlif ildə (1903, 1904, 1905, 1906 və b.) azərbaycanlılara qarşı ən azı 351 dəfə kütləvi cinayətlər törətmişlər. 1948-1953-cü illərdə minlərlə azərbaycanlı Ermənistan SSR-dən - öz tarixi etnik torpaqlarından deportasiya edilmişdi. Beləliklə, ermənilərin azərbaycanlılara qarşı kütləvi cinayətlərinin xrono-dinamikasında dörd dövr ayrılır: 1905-1906; 1918-1920; 1948-1953; 1988-1993. Bu dövrlərdə erməni cinayətləri soyqırım xarakteri almışdır. Soyqırımlar arasındakı illər isə [1907-1917 (+10); 1921-1947 (+26); 1954-1987 (+33)] faktik olaraq, ermənilərin yeni soyqırım törətməsi üçün hazırlıq dövrləri olmuşdu. Göründüyü kimi ermənilər azərbaycanlıların soyqırımına tam hazırlıqlı və mütəşəkkil şəkildə yol vermiş, həmişə hücum mövqeyində olmuşlar. Belə olduqda geniş miqyaslı erməni təcavüzü bütün maddi-mənəvi, siyasi-ideoloji və başqa resursları əhatə edən adekvat müqavimət hərəkatı yaradılmasını və onun bazasında qabaqlayıcı tədbirlər hazırlanmasını tələb edirdi. Azərbaycanda isə ermənilərin törətdikləri soyqırımlarına qarşı eyni inad və ardıcıllıqla iki xalqın dostluğu haqqında ideyalar qoyulurdu.
H.B.Zərdabi (1837-1907) Tiflisdə ermənicə nəşr olunan «Mşak» qəzetinin redaktoru Arsurinin azərbaycanlılar əleyhinə yazısına cavabında (1877, 17 fevral) onu ədavət salmaqda günahlandırır və bildirirdi: «Ey cənab Arsuruni, ... əgərçi cənabınız doğru buyurursunuz ki, zamanımız elm zamanıdır və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik. İndi cənabınıza eyb deyilmidir ki, bizim aramıza ədavət salırsınız...».8 N.Nərimanov (1870-1925) isə 1895-ci ildə azərbaycanlı Bahadır və erməni qızı Sonanın məhəbbətinə həsr edilmiş «Bahadır və Sona» əsərini yazmağa başlamışdı. Müəllif idealını aşağıdakı parça ilə ifadə edir: «Bahadır Sonanın dalınca diqqətlə baxdı. Sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu və bu kağızı yazdı: «Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Mən özüm öz əlimlə özümü öldürdüm.. Ah, insanları bir-birindən ayıran «uçurum dərələr»!.. Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız... Bahadır.». Bu sözləri yazandan sonra tapançanı gicgahına sıxdı». Bahadırın intiharından sonra Sona «dəlilər azarxanasına» düşür.9 Beləliklə, 1905-ci il soyqırımı ərəfəsində azərbaycanlıları ermənilərin cinayətləri əleyhinə təşkil edən nə siyasi partiya və nə də bir təşkilat yox idi. İdeologiya isə dostluq və barışa əsaslanırdı.
Ermənilərdən fərqli olaraq Azərbaycanın varlı adamlarının maddi resurslarını bu mübarizəyə kifayət qədər səfərbər etməməsi də fakt idi. Buna əmin olmaq üçün Mir Möhsün Nəvvabın nəşr etdirdiyi «Əsgəran yolu bağlananda hörmətli şəxslərin müsəlman tayfasından olan şəhər kasıblarına etdikləri köməklərin miqdarı və onların adları» siyahısına nəzər salmaq kifayətdir. Həmin siyahıya görə Bakıdan, hətta uşaqlar yardım etdiyi halda Azərbaycan varlılarının əksəriyyəti kənarda qalmışdı.10
Əlac yalnız xalqın özünümüdafiəsində idi. 1905-1906-cı illərdə azərbaycanlıların ermənilərin törətdikləri soyqırımlarına qarşı mübarizəsi əslində, özünümüdafiə aktlarının və ayrı-ayrı şəxslərin böyük qəhrəmanlıq fəaliyyətinin məcmusundan ibarət idi. M.S.Ordubadinin «Qanlı illər» və Mir Möhsün Nəvvabın «1905-1906-cı illər erməni-müsəlman davası» əsərində xeyli belə epizodlar verilmişdir.
M.S.Ordubadinin əsərindən bir epizoda diqqət yetirək: «1905-ci ilin 31 iyununda axşama bir az qalmış ermənilər Gözəcik kəndinin (İrəvan quberniyası-K.Ş.) ətrafını kəsib şiddətli atəşə başlayırlar. Müsəlmanlar bütünlüklə silahlı olmadığından ailələrini götürüb arası yarım verst məsafədə olan Mənkus adlı islam kəndinə pənah aparırlar. Ermənilərə gəldikdə islamları təqib halında Mənkus kəndinə də hücum etmək istəyirdilər. Bu qədər ki, kəndin ağası Hümmət bəy Hüseynzadə şəhərə köçdüyündən kənddə 50 yaşında bir qoca böyük qalmışdı». Novruz Kazım oğlu adlı həmin şəxs təkbaşına ermənilərə müqavimət göstərir. Gülləsi qurtardıqdan sonra ermənilər Novruz Kazım oğlunu tutur, başını kəsirlər. Bu hadisələrin şahidi olan bir erməninin dediyinə görə, Novruz Kazım oğlunun başını «min beş yüz müsəlman sərkərdəsinin başıdır», - deyə əvvəlcə Aleksandropol, sonra isə Bakı şəhərinə göndərmişlər.11
1905-ci ilin ərəfəsindən fərqli olaraq, soyqırım aktları Azərbaycan ictimai və siyasi fikrinə müəyyən təkan verdi. Burada iki xətt ayırmaq mümkündür: 1) azərbaycanlılar və ermənilər arasında sülhə çağırış; 2) erməni soyqırımına qarşı siyasi təşkilatlanma. Birinci xətt M.Ə.Sabirin (1862-1917) «Beynəlmiləl» adı ilə tanınan «Müsəlman və erməni vətəndaşlarımıza» (1905) şeiri ilə təmsil olunur.
Həqqi xəlqə bildirib dəfi-zəlalət etməli,
Gün kimi taban edib, pamali-zülmət etməli,
Nabəca bu işlərin dəfində qeyrət etməli,
Xatiri-müğbərrdən rəfi-küdurət etməli,
Çarəsazi-sülh olub dəfi-xüsumət etməli!
Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfəti ünsiyyətə dair xitabət vəqtidir!12
Ermənilərə münasibətdə sülh çağırışları ilə birgə, siyasi təşkilatlanma xətti də meydana gəldi. 1906-cı ilin fevral-mart aylarında Tiflisdə erməni-azərbaycanlı sülh konfransı keçirilərkən müsəlmanların müdafiəsini təşkil edə bilən partiya yaratmaq qərara alındı. «Difai» belə bir partiya oldu.13
Ermənilərin törətdikləri 1905-ci il soyqırımının tarixinin öyrənilməsi də müsbət hadisə idi. O müəyyən nəticələr çıxarmağa ciddi təsir edə bilərdi. M.S.Ordubadinin ilk dəfə 1911-ci ildə nəşr olunan «Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi» əsəri ilə 1905-ci il soyqırımının real vəziyyəti ictimaiyyətin nəzərinə çatdırıldı. Lakin 1905-ci ilin dərslərindən kifayət qədər nəticə çıxarılmadı. «Difai» ümummilli partiyaya çevrilmədi. 1905-ci il soyqırımı zamanı beynəlmiləlçilik adı altında, faktik olaraq erməniləri müdafiə edən bolşevik partiyasının mövqeyi14 də kifayət qədər başa düşülmədi. Təsadüfi deyil ki, növbəti soyqırım aktında bolşeviklər daşnaklarla ittifaq yaradıb, azərbaycanlıların qırılmasında fəal iştirak etdilər.
1918-ci ilin martında soyqırımın yeni dalğası başlandı.15 Ermənilərin Bakıda, Şamaxıda və digər bölgələrdə həyata keçirdiyi soyqırımların miqyası göstərir ki, azərbaycanlılar bu dəfə də müdafiəsiz qalmış, geniş müqavimət hərəkatı yaradılmamışdı.
1918-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi xalqın tarixində yeni dövr açdı. 31 mart 1919 və 1920-ci illərdə matəm günü kimi qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti əsas təhlükələrdən biri olaraq qalırdı.16 Bu təhlükə soyqırımın Ararat (Ermənistan) Respublikasının rəsmi siyasətinə çevrilməsilə daha gərgin xarakter alırdı. Bu dövrdə azərbaycanlıların soyqırımının qarşısının alınmasında görülən dövlət tədbirləri ilə birgə (Qarabağ general qubernatorluğunun yaradılması və s.), 1918-ci il 4 iyun Batum müqaviləsinə əsasən Azərbaycanda olan Osmanlı ordusu da mühüm faktor idi. Bu yeni şəraitdə də erməni cinayətləri, terror və separatizminə qarşı tutarlı siyasi xətt qoyulmadı, erməni amili Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda əsas yerlərdən birini tutdu.