Литмир - Электронная Библиотека
A
A

Erməni vəhşiliyini hələ 1905-ci ildə Almaniyanın dövlət xadimi və alimi bildirirdi ki, “ermənilər ki, bu cür yoil tutublar, çox tezliklə dünya üzündən məhv olub gedəcəklər, yer üzərində onlardan bir əsər-əlamət qalmayacaqdır”.[47] (3,47) Ermənilərin qəddarlığı nəticəsində insanlarla bərabər 900 yaşayış məntəqəsi, 7 min sənaye və kənd təsərrüfat obyekti, 131 min ev, 1025 məktəb, 798 səhiyyə ocağı, 800 km avtomobil yolu, 160 körpü, 23 min km su və 15 min km elektrik xətləri məhv edilmişdir. Onlar mədəniyyət ocaqlarını – 22 muzeyi, 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı talan olunmuş, 44 məbəd və 9 məscid dağıdılmışdır. 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara Ermənistana aparılmışdır.[48] (1,79) Bildiyimiz kimi ermənilərin əsas havadarları Rusiya və İran hökuməti olmuşdur. Rusiya imperiyasının o vaxtlar əsas məqsədi Xəzər dənizinə çıxmaq, burada hərbi donanma yaratmaq, Qafqaz regionuna sahiblik etmək olmuşdur. Çarizmin regionda öz imperiya siyasətini yeritməsini artıran “şanslardan” biri ermənilərin Rusiyanın hakim dairələri ilə əlbir hərəkəti idi. Erməni millətçiləri özlərinin “böyük siyasətlərinə” atılarkən başlıca məqsədləri Türkiyə Ermənistanında “azad hökmranlıq edən demokratik respublika”, “dənizdən dənizə qədər (Bakpı da daxil olmaqla) Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Həyata keçirilməsi mümkün olmayan bu siyasi utopiyanı erməni ideoloqları əsrlər boyu təbliğ etməyə başlamış və bu siyasətlərində çox incə “üsullardan” istifadə etmişlər. Məsələn, 1608-ci ildə İran dövlətinin başçısı Şah Abbasın müşaviri olmuş Xoca Səfər (Şah İranın xarici siyasət məsələləri ilə məşğul olmağı və Avropa ölkələri ilə danışıalar aparmaq səlahiyyətini ona həvalə etmişdi) Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venetsiya dojuna şahın məktubunu çatdırmaq fürsətindən istifadə edərək ermənilərin də məktubunun olduğunu bildirmiş, Avropanın o dövrdə nüfuzlu ölkələrinin başçılarının diqqətini “məzlum ermənilərin” problemlərinə cəlb etmişdi.[49] (2,2) Bu erməni millətçilərinin Avropaya açdıqları “siyasi pəncərə” oldu. Erməni millətçilərinin Rusiya ilə yaxınlaşmasında İranla Rusiya arasında ticarət əlaqələrində ermənilərin fəal iştirakı danılmaz faktdır. Ermənilər öz milli məqsədlərinə nail olmaq üçün rus məmurlarına bahalı hədiyyələr rüşvət verirdilər.[50] (3,3) Belə ki, tarixə nəzər salsaq görərik ki, 1660-cı il avqustun 28-də Rusiyada İran ipəyi alveri ilə məşğul olan İsfahan taciri Xoca Zakur Sarhadov (Sarhadyan) özünün şirnikləşdirici hədiyyələri ilə çar Aleksey Mixayloviçin qəbulunda olur. Göründüyü kimi ermənilər belə rüşvətləri ilə özlərinə dost tapırlar. Onlar Rusiya ilə əlaqələrini genişləndirmək üçün əsrlər boyu dəridən-qabıqdan çıxmışlar. Vaxtı ilə I Pyotr Şərq bazarlarında Rusiyanın mövqeyini möhkəmləndirmək üçün Avropa ilə aparılan ipək ticarət yolunu Volqa-Xəzər yolu istiqamətinə döndərərək, Osmanlı İmperiyasının xəzinəsinə axan “ipək gəlirini” öz əlinə keçirmək istəmişdir. Belə ki, həmin dövrdə Asiyadan Avropaya aparılan ipək mallar İran və Qafqaz yolu ilə daşınırdı.

Qeyd etmək lazımdır ki, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı yeritdiyi təcavüzkar siyasəti torpaqlarımızın itirilməsi ilə bitdi. Hal-hazırkı dövrdə də onlar heç bir danışıqlara gəlmir, dövlətlərin, müxztəlif etnik qrupların təşkil etdikləri Mədəniyyətlərarası Dialoqu Forumlarında iştirak etməkdən çəkinirlər. Çünki ermənilərin heç bir mədəniyyəti yoxdur. Onlar yalnız başqa xalqların (azərbaycanlıların) mədəni irsini mənimsəməklə özününküləşdirirlər.

Firdovsiyyə Əhmədova

100 YAŞLI TƏHQİQAT İŞİ:

TARİX NƏ DEYİR?

Azərbaycan ərazisində 1918-ci ilin yazından başlayaraq dinc müsəlman əhalinin kütləvi qırğınlarını təhqiq etmək üçün xüsusi təhqiqat aparılması zərurəti yaranmışdı. Azərbaycan hökuməti Bakı uğrunda savaş getdiyi bir zamanda Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasına qərar verdi. Gərgin və mürəkkəb iş şəraitində, 1918-ci il iyulun 15-də qəbul edilmiş hökumət qərarı olduqca əhəmiyyətli, strateji məzmunlu sənəd oldu. Cümhuriyyətin xarici işlər naziri M.-H.Hacınski hökumətə məruzə ilə müraciətində artıq dörd ayı keçən son müddətdə «Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri»nin «mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər» törətdiyini yazırdı (1, c.1, s.379). Belə bir məruzənin – müraciətin məhz xarici işlər naziri tərəfindən edilməsi ilə əsassız deyildi. Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılmasına nail olmaq üçün formalaşan ictimai rəy olduqca önəmli idi. Yeni yaradılmış gənc Azərbaycan dövlətini nəinki qəbul etdirmək, hətta varlığından xəbərdar etmək çətinliyini yaşayan hökumət əks təbliğatla üzləşmişdi. Müsəlmanları qətliama məruz qoymuş «quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropada bütün ictimai fikir tamamilə əks istiqamətə», yəni, azərbaycanlılara qarşı yönəldilmişdi. Bu məqamı vurğulayan xarici işlər naziri «fövqəladə təhqiqat komissiyası» xarakterli bir təşkilatın yaradılmasını zəruri sayırdı ki, «komissiyanın işinin nəticələri başlıca Avropa dillərində – rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində» elan edilməliydi. Komissiyanın yaradılması 2 cəhətdən əsaslandırılırdı: «ümumi dövlət mənafeyi» və «əhalinin zərərçəkən qruplarının mənafeyi» baxımından. Hüquqa söykənən ədalətin təmin olunması gərəkliyi qədər Azərbaycan dövlətinin mənafeyi önə çəkilirdi. M.-H.Hacınski komissiyanın vəzifələrini 3 bənddə göstərsə də əslində 4 vəzifə müəyyənləşdirilmişdi: «Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; bu zorakılıqların həyata keçirildiyi şəraitin müəyyənləşdirilməsi; cinayətkarları aşkar etmək və onların vurduqları zərərin həcminin müəyyənləşdirilməsi». Göründüyü kimi 3-cü bənd 2 vəzifəsini ifadə edirdi. Komissiyanın əhəmiyyətini olduqca mühüm sayan nazir onun «təşkilinə bu gündən başlamaq lazımdır» deyirdi: «Çünki bir çox şeyləri indi isti-isti adamlardan soruşmaq, fotoşəkilləri çəkmək və hələ ki, mövcud olan digər əşyalar – dəlillər əsasında sübuta yetirmək olar»dı. «Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilər»di. İki ayı tamam olmamış, yaxın müqəddəratı təhdid altında olan, Bakı uğrunda savaşın aqibəti bəlli olmayan bir vaxtda M.-H.Hacınskinin uzaqgörənliklə etdiyi təklif hökumətin eyni tarixli qərarı ilə qəbul edildi: «Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın» (3, s.213). Qərardan bəlli olur ki, müsəlmanlara qarşı zorakılıq yalnız son aylardan deyil, birinci dünya müharibəsinin başladığı vaxtdan həyata keçirilmişdir, həm də bütün Cənubi Qafqaz coğrafiyasını əhatə etmişdir. M.-H.Hacınski məruzəsində xahiş edirdi ki, bu komissiyanın təşkili nazirlərdən birinə tapşırılsın və məsrəfləri üçün müvəqqəti olaraq 50000 rubl ayrılsın (2, f.1061, s.1, iş 105, v.1). Fövqəladə Təhqiqat Komissiyasının (FTK) qarşısında duran vəzifələr peşəkar hüquqşünasların birgə fəaliyyəti sayəsində yerinə yetirilə bilərdi. Məhz bu məqsədlə FTK «xarici işlər nazirliyi» yanında təşkil edilsə də, artıq həmin ilin sentyabrından, faktiki olaraq, ədliyyə nazirliyi nəzdində fəaliyyət göstərirdi. Bu da tamamilə təbii idi, çünki bu işlə bilavasitə məşğul olanlar əsasən hüquqşünaslar idilər» (1, c.1, s.380). 1918-ci il avqustun 30-da hökumət qərarı ilə FTK üçün 50000 rubl həcmində kredit açıldı (3, с.227). Avqustun 31-də isə qəbul edilmiş hökumət qərarına görə FTK 7 nəfərdən ibarət tərkibdə yaradıldı. Qərarı ixtisasca hüquqşünas, həmin dövrdə həm də ədliyyə naziri olan hökumət başçısı Fətəli xan Xoyski imzalamışdı. FTK-nın sədri andlı iclasçı Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.

17
{"b":"614716","o":1}