Astara rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitabdır. Oxucuların xahişi ilə, əlavələr edilməklə təkrar nəşr olunur. Kitab elmi-inoformativ, fakt və məlumatların zənginliyi, məzmununun mükəmməlliyi baxımından diqqət çəkir. Burada ictimai-siyasi həyatımızın, o cümlədən cənub bölgəsinə daxil olan Astara rayonunun tarixini, etnoqrafiyasını, arxeoloji və memarlıq abidələrini – mağaraları, yaşayış yerlərini, qalaları, kurqanları, nekropolları, qədim qəbiristanlıqları, məscidləri, hüseyniyyələri, ziyarəthagları, məqbərələri, pirləri, ocaqları, ləmləri, qədim hamamları, dəyirmanları və bulaqları əks etdirən məlumatlar, bölgənə haqqında ümumi ensiklopedik məlumatlar və abidələrin fotoşəkilləri verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur