Hətta bu mövzu xaricdə nəşr olunan informasiya vasitələrində də yer almışdı. Məsələn, 1933-cü ilin aprelində Almaniyanın Münhen şəhərində nəşr olunan «İstiqlal» qəzeti isə (31-ci nömrəsində) bu hadisənin 15 illiyi ilə bağlı məqalə dərc etmişdir. Məqalədə göstərilir: «1918-ci il 22 martda Bakının «İsmailiyyə» binasının möhtəşəm salonunu milli musiqi, tans, sevinc və gülüş titrədirdi. Novruz bayramı qarşılanmaqda idi. Bir həftə sonra martın 31-də isə bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə kitabxana, qiraətxana yetimlər yurdunun yetişmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək «İsmailiyyə» deyildi, türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatr binası, məktəblər, xəstəxanalar, camilər, milli-mədəni müəssisələr yerlə-yeksan edilmişdi. Bir həftə ərzində Bakı bütün simasını itirmişdi. 31 martda 15 min günahsız türk kəsilmişdi» (114). (“İstiqlal” qəzeti, 10 aprel 1933, N 31).
Tarixi mənbələrə istinadən demək olar ki, sadalananlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinin sonu deyildi.
Şərqdə isə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 31-i (ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımı-H.A.) matəm günü kimi qeyd olunmuşdur. Əfsuslar olsun ki, sovetlər dövründə qanlı mart hadisələri tamamilə unutdurulmuşdur. Lakin 80 il sonra Ulu öndər H.Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» tarixi fərmanı xalqımıza qarşı törədilmiş soyqırımın obyektiv mənzərəsini əks etdirdi və ona siyasi qiymət verməyə şərait yaratdı. H.Əliyev Azərbaycanın soyqırımı günü ilə bağlı xalqa müraciətdə demişdi: «Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik «Böyük Ermənistan» dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur”(77). “Azərbaycan” qəzeti,27 mart 1998-ci il.)
Qeyd edək ki, təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 1,5 milyondan artıq soydaşımız Qərbi Azərbaycandan (indiki Ermənistan) departasiya edilmişdi - (H.A.).
Bütün bunları nəzərə alaraq X1X-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və kütləvi represiya aksiyalarina hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamışdır. Fərmanda qeyd edilir ki, əsrlər boyu Qafqazda azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirilmiş deportasiya və soyqirimi siyqsəti nəticəsində xalqımız çox ağır işgəncələrlə və milli faciələrlə üzləşmişdir.”Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayan, tarix boyu özgə torpaqlarında gözü olan ermınilər-azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salmış, kütləvi qətl və qırğınlara məruz qoymuş, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış yerlərini dağıdıb xarabalıqlara çevirmişlər.(7,s.103). (H. Abdallı. Azərbaycan: müstəqilliyimizin sosial-siyasi problemləri.B.2005.)
Müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə apardığı ardıcıl və davamlı siyasəti bu gün də davam edir.Qeyd edək ki, Respublikanın Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq bildirmişdir ki, qarşılıqlı güzəştdən söz belə gedə bilməz. Bizim güzəşt etməyə heç nəyimiz yoxdur.
Qeyd edək ki, ermənilərin uydurma soyqırımı böyük bir iftiradır. “Erməni soyqırımı” ilə bağlı türkiyəli Yusif Sarinay “Azərbaycan” qəzetinə müsahibə vermişdir. Həmin müsahibədə onların riyakarlığı, xəbisliyi və qəddarlığı açıqlanmışdır. Bu faktlara nəzər salaq və “ermənilərin soyqırımı” hadisəsinin faktiki olaraq kim tərəfindən törədildiyini bütün dünyaya bəyan edək. Göründüyü kimi, elə, Yusif Sarinay da bu fikirdədir!
Türkiyə Arxivləri İdarəsinin başqanı Yusif Sarinay ermənilərin hər il 24 aprel tarixini dünyaya «erməni soyqırımı günü» kimi təqdim etmələrinin yalan olduğunu sübut etmək məqsədilə Türkiyə arxivlərinin, xüsusən də Osmanlı dövrünə aid arxivlərin qapılarını bütün ölkələrin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan edərək və bu fakta aydınlıq gətirərək bildirmişbir ki, 24 aprel erməni terrorçularının başçılarının həbs olunduğu gündür.
Ermənilərin tarixi faktları araşdırmaqdan yayınmalarına etiraz edən bir fakta nəzər yetirək. Hələ, 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Ermənistan prezidenti R.Koçaryana müraciət edərək soyqırımla bağlı araşdırmalar aparılması üçün müştərək komissiya yaradılmasını bildirsə də, lakin Ermənistan tərəfindən cavab alınmadı.
Yenə də Yusif Sarınayın gəldiyi qənaətə diqqət yetirək. Arxiv başqanı bildirmişdir ki, 1915-ci il aprelin 24-ü erməni terror təşkilatları - «Qnçak», «Daşnak» və «Ramqavar»ın liderlərinin həbs olunduğu gündür. Bu təşkilatlar XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı torpaqlarında terror və qətllər törətmək məqsədilə yaradılmışdı. 24 aprel həbsi onların qətllər törətmək, Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti yaratmaq məqsədlərinə nail oldu. Əslində, 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməmişdir. Ermənilər bu günü ona görə soyqırımı hadisəsi kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorçu liderləri məhz həmin gün həbs olunmuşdur. Biz dünyanın bütün alimlərini, tədqiqatçılarını arxivlərimizə dəvət edir, elmi araşdırmalar aparılmasını təklif etsək də hələ Ermənistandan bir nəfər də gəlməyib. Düzdür, başqa dövlətlərdə yaşayan erməni mənşəli alimlər də gəlir, lakin onlar da Osmanlı dövrünün tarixi ilə maraqlanırlar»(9). (“Azərbaycan” qəz.,25 aprel 2007.) Erməni xalqına belə bir sual verəsən, arxivə gəlməkdən, bu sahəni araşdırmaqdan niyə qorxursunuz? Bəs soyqırımı bütün dünyaya tanıtmaq istəyirsiniz? Ermənilərin səs-küyü sayəsində indiyədək «ermənilərin uydurma soyqırımı» iddiasını 18 dövlət tanıyıb - (H.A.).
Yusif Sarinay daha sonra bildirmişdir ki, ötən əsrin əvvəllərində Türkiyədə yaşamış isveçli minbaşı Hyalmar Pravitzin 1917-ci ildə İsveçdə «Nya Daglikt Allehanda» qəzetində çap etdirdiyi məktubu bu günlərdə Türkiyəli tədqiqatçılar tapmışdır. Həmin bu məktub ermənilərin soyqırımı iddialarını alt-üst edir və aprelin 24-də belə hadisə baş vermədiyini ortaya çıxardır. Ona görə ki, bu isveçli minbaşı 1915-1917-ci illərdə ermənilərlə bərabər Türkiyədə yaşayıb. Həmin məktub kiçik ixtisarla verilir: «Bu yaxınlarda xaricdən ölkəmə döndüm. Erməni məsələsi ilə bağlı əlimə iki kitab keçdi, hər ikisini oxudum. Birincisi, Karl Dustağın «Soylu insan -Sven Hedin», ikinci kitab isə Marina Stcernstegin «Ermənilərin acınacaqlı vəziyyəti» adlı kitab idi. Birinci kitabı oxuyarkən zibilliyə atdım, ikinci kitabın əsas ideyası isə ermənilərin yaşadıqları «dəhşətləri» qabardıb insanların zehninə həkk etməkdir. Bu kitabı birnəfəsə oxudum. Təqdim etdiyim bu yazıda məqsədim kitabda deyilənlərin yalan və uydurma olduğunu ortaya qoymaqdır. Çünki mən, məhz həmin hadisələrin canlı şahidiyəm və ona ədəbiyyatın bədii obrazları ilə yanaşmıram. Ermənilərin «səfalətini» mənim qədər heç bir isveçli yaxından görmək və öyrənmək fürsəti qazanmayıb. Səfərimin əsas məqsədi hər iki yazarın hadisələri görmədən iddia etdikləri soyqırımın gerçəkliklərini öyrənmək idi. Hər iki müəllif yazılarında türklərin və almanların ermənilərə qarşı qeyri-insani, barbarcasına davrandıqlarını iddia edirlər. Səfərimə Türkiyədə Ermənilərin köçürüldüyü əraziləri gəzib dolaşmaqdan başladım. Elə bilirəm ki, mənim yazdıqlarım həmin müəlliflərin yalan yazdıqlarını oxuculara inandıra biləcək. Mən bu müəlliflərə qarşı protest edirəm.