Astara rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitablardandır.Kitab elmi -informativ, fakt və məlumaların zənginliyi, məzununun mükəmməliyi baxımından diqqət çəkir. Burada cənub bölgəsinə daxil olan Astara rayonunun tarixini, arxeoloji və memarlıq abidələrini - mağaraları, yaşayış yerlərini, qalalrı, kurqanları, nekropolları, qədim qəbiristanlıqları, məscidləri, hüseyniyyələri, ziyarətgahları, məqbərələri, pirləri, ocaqları, ləmləri, qədim hamamları, dəyirmanları və bulaqları əks etdirən məlumatlar, rayon haqda ümumi ensiklopedik məlumatlar və abidələrin fotoşəkilləri verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.